Məhkəmə qərarları › İş №3(067)-1662/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1662/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1662/2022 18.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X1, Azyaşlı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Xaçmaz rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1959-cu ildə Quba rayonunda anadan olmuş, 03 Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 2021-ci ilin noyabr ayında nəvəsi Zərərçəkmiş şəxs döyərək sağ əl nahiyəsinin qançırı ilə müşayiət sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X9 Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 göstərdi ki, 2021-ci ilin noyabr ayında Xaçmaz şəhəri, R.Axundov küçəsində yaşayan azyaşlı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş ərizəsi azyaşlı zərərçəkmiş şəxs polis şəbəsinə dəvət edilərək nümayəndəsinin iştirakı dindirilmiş, dindirmə nəticəsində müəyyən olunmuşdur ki, nənəsi onu döyərək sağ əl nahiyəsinin qançırı ilə müşayiət sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Hazırki iş onun icraatında olmuş, sonra o, həmin ərazi üzrə sahə müvvəkiliyindən çıxarılaraq başqa bir əraziyə təhkim edilmişdir. Onun yerinə təhkim edilmiş sahə müvəkilinin səhlənkarlığından vaxtında məhkəməyə göndərilməmişdir. O, yenidən həmin əraziyə təhkim edilmiş və işin məhkəməyə verilmə müddəti keçməsinə baxmayaraq işi məhkəməyə göndərmişdir. Qeyd olunanları üzürlü səbəb hesab edərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, onun barəsində şikayət etmiş Nümayəndə onun keçmiş kürəkəni olmaqla Raufla onun qızı Əminə 2007-ci ildən 2018-ci ilə kimi evli olmuş və sonradan münasibətləri pozulduğuna görə boşanmışlar. Bundan başqa Raufla Əminənin birgə nihahdan 2008-ci il təvəllüdlü Fatimə Əsədullayeva, 2009-cu il təvəllüdlü Səlimə Əsədullayeva və 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adlı övladları dünyaya gəlmişdir. Bundan sonra qızı Əminə Raufdan boşandıqdan bir müddət sonra uşaqları ilə bir yerdə hal-hazıra kimi ünvan 2 ünvanda kirayədə yaşamışdır. 24 dekabr 2021-ci il tarixdə Nümayəndə nəvəsi Zərərçəkmiş şəxs oxuduğu Xaçmaz şəhər 6 saylı məktəbin həyətindən götürərək öz evinə aparmışdır. Lakin o, heç vaxt nəvələrinə qarşı zorakılıq hərəkətləri etmədiyini, əksinə nəvələrinin qayğısına qaldığını və özünün nəvəsi Musanı çimdikləyərək ona xəsarət yermədiyini bildirmişdir. Məhkəmə iclasında Xaçmaz rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X5 iştirakı ilə izahatı alınmış, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Mlahət Əlixanova onun nənəsi Əminə Əsədullayeva isə anası olmaqla anası Əminə Əsədullayeva atası Nümayəndə ayrıldıqdan sonra o, bir müddət anası və nənəsinin yanında qalmış və 24 dekabr 2021-ci il tarixdən atası Nümayəndə yanında qalmışdır. Bundan başqa o, anası Əminə və nənəsi Məlahətlə yaşadığı müddətdə onlar ona təzyiqlər etmiş və nənəsi Məlahət 2021-ci ilin dekabr ayının əvvəllərində onun evdə idman etdiyinə görə onu çimdikləyərək bədəninə xəsarətlər yetirmişdir. Həmçinin Məlahət və Əminə boş vaxtlarında onu televizora baxmağa qoymamışlar. Bütün bu təzyiqlərə görə o, 24 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində oxuduğu 6 saylı məktəbdə olan zama'n atası Raufu çağırmış və Raufla bir yerdə Raufun yaşadığı ünvana gəlmiş və həmin vaxtdan atası Raufla yaşamışdır. Fakin o, özünün nənəsi və anası ilə yaşadığı müddət ərzində Məlahət bacıları Fatiməni və Səliməni də döymüş və onun atası Raufun evinə getməzdən bir neçə gün əvvəl anası Əminənin Fatiməni danladığına görə qollarını kəsərək özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Nümayəndə Tofık oğlu izahatında göstərmişdir ki, o, hal- hazırda rəsmi olaraq "xxxx" ASC-də inkasator vəzifəsində işləmişdir. Bundan başqa 2007- ci ildə o. X4 ilə evlənərək ailə həyatı qurmuş və onların birgə nigahdan 3 övladı, 2008-ci il təvəllüdlü Fatimə Əsədullayeva, 2009-cu il təvəllüdlü Səlimə Əsədullayeva və 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Bundan sonra 2018-ci ildə onun Əminə ilə ailə münasibətləri pozulduğuna görə Əminədən rəsmi qaydada boşanmış, 2020-ci ilə kimi Əminə uşaqlarla bir yerdə onunla bir ünvanda yaşasa da sonradan ayrılmışlar. Daha sonra 2021-ci ilin noyabr ayının sonlarında oğlu Musa ona zənglər vuraraq anası Əminənin və nənəsi Məlahətin ona və bacılarına təzyiqlər etdiyini, hətta özünün nənəsi tərəfindən döyüldüyünü və artıq onlarla yaşaya bilmədiyini demişdir. Sonuncu dəfə 20 dekabr 2021-ci il tarixdə Musa ona zəng vuraraq artıq dözə bilmədiyini, özünü onun yanma gətirməyəcəyi təqdirdə evdən qaçıb gedəcəyini bildirmişdir. Ona görə də o, 24 dekabr 2021-ci il tarixdə, təxminən saat 12 radələrində Xaçmaz şəhəri 6 saylı məktəbin qarşısından Musanı götürərək öz evinə gətirmiş və həmin vaxtdan musa onunla birlikdə qalmışdır. Həmin ərəfələrdə o, Musanın əl və ayaq nahiyələrində göyərti izləri görərək bu barədə soruşduqda Musa ona nənəsi Məlahətin çimdikləyərək ona xəsarət yetirdiyini bildirmişdir. Həmçinin Musa ona, nənəsi Məlahətin və anası Əminənin təzyiqləi nəticəsində bacısı Fatimənin qollarını kəsərək özünə xəsarət yetirdiyini bildirmişdir. Ona görə də o, bu barədə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin təhqiqatçısı Ramiq Əzimlinin qəbul etdiyi qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə 25 yanvar 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində qəbul edilmiş qərarın surəti şəxs barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Xaçmaz RPŞ-nin X2 göndərilmişdir. İş materiallarında olan Raportdan görünür ki, Şəxs sözügedən qərar əsasında inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsi xx.xx.2022-ci il tarixdə Ceyhun Əsədullayeva həvalə edilmişdir. Lakin, iş materiallarında olan inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol 14 oktyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarına inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə xx.xx.2022-ci il tarixli qərar əlavə olunsa da, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar iş materiallarında aşkar edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında iş üzrə icraatın hansı səbəblərə görə dayandırılmasına dair da, mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol, 25 yanvar 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərar qəbul edildikdən 08 (səkkiz) ay sonra, yəni 17 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edildiyindən inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 39, 40, 43, 48-51, 53, 57, 28, 129-130-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati işin icraatına İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar