Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1663/2023 30.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Şimali kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Şimali kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 05 dekabr 2023-cü il tarixdə saat 11 radələrində 3423 bort nömrəli taxta tipli, 2 ədəd Yamaha 75 və Mariner 55 markalı mühərriklə təchiz olunmuş üzmə vasitəsilə Xaçmaz rayonu Şimali kəndi istiqamətindən Xəzər dənizinə daxil olaraq lazımi icazə olmadan 1 ədəd çəkisi 1 kq 800 qram olan nərə cinsli balıqları ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlək Kabinetinin 2017-ci il 2 iyun tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli raportdan və həmin tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 10:30-da Nabran SNB-nin xidməti ərazisində 110-cu YK-də, NA 3423 bort nömrəli, taxta tipli, 2 ədəd Yamaha 75 və Mariner 55 tipli mühərriklə təchiz olunmuş, X2 məxsus qayıqda, heyət üzvləri xx.xx.1984-cu il təvəllüdlü, Xaçmaz rayonu, Şimali kənd sakini, Şəxs (AA 0631201), xx.xx.1985-ci il təvəllüdlü, Xaçmaz rayon Şimali kənd sakini X5 (AA1092118), xx.xx.1974-cü il təvəllüdlü, Xaçmaz rayonu Nabran kənd sakini, X1 (AZE ********), xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X4 (AZE ********) 1 (bir) ədəd (qarnı yarılmış halda) çəkisi 1 kq 800 qram olan ovu qadağan olunmuş nərə cinsli balıq aşkar olunaraq götürülmüşdür. Saat 11.00-da aşkar olunmuş balıq, qayıqda olan heyət üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin sürətləri, balığın və heyət üzvlərinin fotoşəklilləri Nəqliyyatda Baş Polis İdarəsinin X6 İdarəsinin Xaçmaz xətt polis bölməsinin əməkdaşı polis serjantı Emir Tağıyevə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 01 ədəd çəkisi 1 kq 800 qram olan ovu qadağan olunmuş nərə cinsli balığı Şəxs 05 dekabr 2023-cü il tarixdə 3423 bort nömrəli taxta tipli üzmə vasitəsilə Xaçmaz rayonu Şimali kəndi istiqamətindən Xəzər dənizinə daxil olaraq daxil olaraq ovlamışdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın 4.5-ci bəndinə görə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Həmin qərarın 2.5.9-cu maddəsinə əsasən nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işi başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında 19 dekabr 2023-cü il tarixli, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Ona görə də məhkəmə Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın törədilməsində istifadə olunan alət- 01 ədəd 3423 bort nömrəli taxta tipli üzmə vasitəsi müsadirə edilməməklə 1000 (bir min) manat miqdarında cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-1663/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1663/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver