Məhkəmə qərarları › İş №3(067)-1665/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1665/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1665/2023 30.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1997-ci ildə Xaçmaz rayonunun Nabran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Nabran kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 05 dekabr 2023-cü il tarixdə saat 11 radələrində 3402 bort nömrəli taxta tipli 2 ədəd Yamaha 75 və Mariner 75 tipli mühərriklə təchiz olunmuş üzmə vasitəsilə Xaçmaz rayonu İstisu qəsəbəsi istiqamətindən Xəzər dənizinə daxil olaraq lazımi icazə olmadan 2 ədəd çəkisi 2 kq 200 qram olan nərə cinsli balıqları ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlək Kabinetinin 2017-ci il 2 iyun tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X8 İdarəsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 05 dekabr 2023-cü il tarixdə saat 11 radələrində tanışı X2 ilə birlikdə 1 ədəd 3402 bort nömrəli taxta tipli üzmə vasitəsilə Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq müvafiq icazələri olmadan 2 ədəd çəkisi 2 kq 200 qram olan nərə cinsli balıqları ovlayıb sahilə çıxarkən sərhədçilər tərəfindən saxlanılmış və keçirilmiş baxış zamanı qanunsuz ovladıqları nərə cinsli balıqları ovladıqları müəyyən edilmişdir. Törətmiş olduğu inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirir və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli raportdan və həmin tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 11:00-da Nabran SNB-nin xidməti ərazisində 107-ci YK-də, NA 3402 bort nömrəli, taxta tipli, 2 ədəd Yamaha 75 və Mariner 75 tipli mühərriklə təchiz olunmuş, X5 məxsus qayıqda, heyət üzvləri xx.xx.1991-cu il təvəllüdlü, Xaçmaz rayonu, İstisu kənd sakini, X1 (AZE ********) və xx.xx.1997-ci il təvəllüdlü, Xaçmaz rayon Nabran kənd sakini X7 (AA*******), 2 (iki) ədəd (birinin qarnı yarılmış və başı kəsilmiş, digəri bütöv halda) ümumi çəkisi 2 kq 200 qram olan ovu qadağan olunmuş nərə cinsli balıq aşkar olunaraq götürülmüşdür. Saat 11.30-da aşkar olunmuş balıqlar, qayıqda olan heyət üzvterinin şəxsiyyətini təsdiq edən sənədlərin sürətləri, balığın və heyət üzvlərinin fotoşəkilləri Nəqliyyatda Baş Polis idarəsinin X8 İdarəsinin Xaçmaz xətt polis bölməsinin əməkdaşı, polis serjantı Emir Tağıyevə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 02 ədəd ümumi çəkisi 2 kq 200 qram olan ovu qadağan olunmuş nərə cinsli balıqları Şəxs 05 dekabr 2023-cü il tarixdə 3402 bort nömrəli taxta tipli üzmə vasitəsilə Xaçmaz rayonu İstisu qəsəbəsi istiqamətindən Xəzər dənizinə daxil olaraq ovlamışdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın 4.5-ci bəndinə görə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Həmin qərarın 2.5.9-cu maddəsinə əsasən nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağan edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, cinayət işi başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında 19 dekabr 2023-cü il tarixli, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Ona görə də məhkəmə Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxsna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın törədilməsində istifadə olunan alət- 01 ədəd 3402 bort nömrəli taxta tipli üzmə vasitəsi müsadirə edilməməklə 1000 (bir min) manat miqdarında cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar