Məhkəmə qərarları › İş №3(067)-1666/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1666/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1666/2023 22.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs qızının iştirakları ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonunun Hülövlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Hülövlü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 16(067)-147/2023 saylı qərardadına əsasən iddiaçı Şəxs Zərərçəkmiş şəxs qızına qarşı nikahın pozulması tələbi iddiasına dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək Zərərçəkmiş şəxs qızının övladı- xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 14:00-dan 19:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərardadı icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli, 16(067)-147/2023 saylı icra vərəqəsinə əsasən 24 oktyabr 2023-cü il tarixli, 16(067)-147/2023 saylı qərardadına əsasən iddiaçı Şəxs Zərərçəkmiş şəxs qızına qarşı nikahın pozulması tələbi iddiasına dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək Zərərçəkmiş şəxs qızının övladı- xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 14:00-dan 19:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Məhkəmə qərardadı üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya rəsmi bildiriş göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 16(067)- 147/2023 saylı qərardadına əsasən onun Zərərçəkmiş şəxs qızına qarşı nikahın pozulması tələbi iddiasına dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək Zərərçəkmiş şəxs qızının övladı- xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 14:00dan 19:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. O, Zərərçəkmiş şəxs uşağı ilə ünsiyyətdə olmasına maneçilik törətməmiş, sadəcə olaraq icra məmuru gəldiyi gün yaşadığı ünvanda olmadığından, digər tərəfdən uşaq özü anası ilə istəmədiyindən icra baş tutmamışdır. Növbəti dəfə icra məmuru tərəfindən müəyyn edilmiş gün və vaxtda tələbkara uşağı ilə ünsiyyətdə olmasına şərait yaradacaqdır. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs qızı göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 16(067)-147/2023 saylı qərardadına əsasən Şəxs ona qarşı nikahın pozulması tələbi iddiasına dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək onun bir ana kimi övladı- xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin cümə günü saat 14:00-dan 19:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. Lakin qərardad icraya yönəldildikdən sonra Şəxs müxtəlif vasitələrlə onun uşağı ilə ünsiyyətdə olmasına maneçiliklər törədir və bu səbəbdən o, müəyyən olunan vaxtda uşağı ilə görüşə bilmir. Ona görə də ona köməklik göstərilməsini və iş üzrə qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 22 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar