Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1667/2022 19.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İnzibati xətaya dair qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə və sairə dair X3 tərəfindən verilmiş vəsatəti (şikayət ərizəsi) nəzərdən keçirərək m ü ə y y ə n e t d i: X3 vəsatətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərardan şikayət vermək müddətinin bərpa edilməsini və sairi xahiş etmişdir. Məhkəmə vəsatəti, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qərarın surətindən müəyyən edilir ki, X3 “Volkswagen Touareg” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərar (elektron) qəbul edilmişdir. Hazırkı vəsatətlə (şikayət ərizəsi) isə həmin qərardan buraxılmış şikayətvermə müddətinin üzrlü hesab edilərək müddətin bərpa edilməsi və sair xahiş edilmişdir. X1 vəsatətində qərardan şikayətvermə müddətinin hansı üzrlü səbəbdən buraxılması barədə heç nə göstərməmiş, yalnız müddətin bərpa edilməsini xahiş etmiş, həmçinin vəsatətinə (şikayət ərizəsinə) müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Bundan başqa, iş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli ərizənin surətindən və həmin tarixli izahatın surətindən görünür ki, X3 ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək “Volkswagen Touareg” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilə aid elektron qərarların indiyədək ona təqdim edilmədiyini bildirərək həmin qərarların kağız daşıyıcıda rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş, “İzahat”da həmin qərarların surətlərinin qeyd olunan ərizəsinə əsasən ona verildiyini bildirmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, X3 bundan da əvvəl xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin şikayətində isə qeyd olunan qərarın surəti mövcud olmuş, lakin həmin şikayət üzrə məhkəməyə təqdim edilmiş sənədlərlə şikayətdə qeyd olunmuş inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilmədiyindən və bununla da həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmadığından məhkəmənin qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, X3 qeyd olunan qərarı 06 sentyabr 2022-ci il tarixindən əvvəl əldə etmiş, lakin həmin qərardan şikayət verilməsi müddətinin bərpasına dair səlahiyyətli orqana vəsatətlə müraciət etmək əvəzinə, ərizə ilə qərarların ona təqdim edilməsi üçün müraciət etmişdir. Bundan başqa, X2 hazırkı vəsatəti (şikayət ərizəsi) onun tərəfindən məhkəməyə 19 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət (şikayət ərizəsi) şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə və sairə dair vəsatəti (şikayət ərizəsi) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1667/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1667/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver