Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1673/2022 19.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1976-cı ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Şabran rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(031)-398/2022 saylı icra sənədini icra etməmiş və onun 1401 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şabran rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(031)-398/2022 saylı icra sənədinə əsasən borclu Şəxs uşağı xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci alınaraq tələbkar X2 verilməlidir. Həmin icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu tələbkara hazıradək heç bir ödəniş etməmiş və hazırda onun 1401 manat borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, borclunun gəlir və əmlak məlumatları haqqında elektron sorğular edilmiş, yalnız səksən manat təqaüd aldığı müəyyən edilmişdir. Bundan başqa, borclu icra şöbəsində verdiyi izahatında 2022-ci ilin sentyabr ayının sonunadək yaranmış aliment borcunu ödəyəcəyinə söz vermiş, lakin hazıradək heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs müharibə veteranı olmaqla 80 manat təqaüd alır, lakin qətnamə üzrə tutulmalı olan aliment onun təqaüdünə yönəldilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, Şabran rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(031)- 398/2022 saylı icra sənədinə əsasən bir uşağının saxlanılması üçün tələbkarın xeyrinə hər ay 193 manat aliment ödəməlidir. Lakin o, hazıradək ödəniş edə bilməmiş və 1401 manat aliment borcu yaranmışdır. Onun uşağının saxlanması üçün aliment ödəməkdən yayınmaq fikri yoxdur. İş yeri olmadığından qazancı yoxdur, həmçinin banklara borcludur. O, müharibə veteranıdır və 80 manat təqaüd alır. O, pensiya kartını tələbkara vermiş, lakin tələbkar bundan imtina etmişdir. Aliment borcunu ödəmək üçün pay torpağını, “Opel” markalı avtomobilini sataraq tezliklə borcunu bağlayacaqdır. Əlavə olaraq bildirmişdir ki, o, müharibə veteranıdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 1976-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1673/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1673/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver