Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1673/2024 24.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 X6 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 28 noyabr 2024-cü il tarixdə axşam saatlarında sürücülük hüququ olmadan “Volkswagen Touareg” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən N.Ələsgərov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşdirilmiş “STOP” işarəsinə məhəl qoymayaraq nəqliyyat vasitəsini dayandırmadan hərəkət etdirib həmin yolda hərəkət üstünlüyünə malik olan Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ 3110” markalı, **-NU-*** nömrəli avtomobilin hərəkət yoluna çıxaraq qeyd olunan nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə nəqliyyat vasitəsinin sahibinə maddi zərər vurmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon X5 X8 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 28 noyabr 2024-cü il tarixdə axşam saatlarında sürücülük hüququ olmadan “Volkswagen Touareg” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən N.Ələsgərov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşdirilmiş “STOP” işarəsinə məhəl qoymayaraq nəqliyyat vasitəsini dayandırmadan hərəkət etdirib həmin yolda hərəkət üstünlüyünə malik olan Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ 3110” markalı, **-NU-*** nömrəli avtomobilin hərəkət yoluna çıxaraq qeyd olunan nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə nəqliyyat vasitəsinin sahibinə maddi zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində sürücülük hüququ olmadan “Volkswagen Touareg” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yaşadığı ünvandan çıxıb özünə dərman almaq üçün aptekə gedərkən Xaçmaz şəhəri, N.Ələsgərov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsinə çatmış, lakin həmin yolda yerləşdirilmiş “STOP” işarəsini görmədiyindən ehtiyatsızlıqdan hərəkət üstünlüyünə malik olan Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ 3110” markalı, **-NU-*** nömrəli avtomobilin hərəkət yoluna çıxaraq vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “QAZ 3110” markalı avtomobilin sürücüsü ilə avtomobilin təmirinə dair əvvəl razılaşsalar da, sonradan razılaşmaları baş tutmamışdır. Törətdiyi xətadan peşmandır. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, istifadəmdə olan özünə məxsus “QAZ 3110” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə axşam saatlarında X1 iş yerindən çıxıb yaşadığı ünvana gedərkən, Xaçmaz şəhəri, N.Ələsgərov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olan "Volkswagen" markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yolun "STOP” işarəsinə məhəl qoymayaraq onun hərəkət yoluna çıxaraq avtomobilini vurmuşdur. Sənədləşmədən əvvəl onlar razılaşmışlar ki, hadisəni törətmiş şəxs onun avtomobilini və alacağı sığorta məbləğini özünə götürür, əvəzində ona qısa müddət ərzində yeni, yəni istifadəsində olan avtomobilin yenisini alacaqlar. Lakin hadisədən bir müddət keçdikdən sonra Kənanın atası Etiram ilə əlaqə saxladıqda Etiram ona yeni avtomobil almayacağını və maşını düzəldtirmək imkanında olmadığını bildirmişdir. Hal-hazıra kimi ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanı tələb edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 23 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İş materiallarında olan “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1832 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “QAZ 3110” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı sahibinə 2430 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında vurulmuş əmlak zərərinin ödənilməsi ilə əlaqədar ümumi razılıq olmadığından vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsinə məhkəmə tərəfindən baxıla bilməz və ona görə də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası MPM-nin 4-cü və Mülki Məcəllənin 1108-ci maddələrinə əsasən qərar qaqanuni qivvəsini aldıqdan sonra inzibati xəta törətmiş şəxsə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar məhkəmədə ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar məhkəmədə təqsirkar şəxsə qarşı ümumi əsaslarla mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1673/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1673/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver