Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-168/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1982-ci ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs qanunsuz olaraq narkotik maddələri üstündə saxlaması və qəbul etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində sonuncu xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Şəxs üzərində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, baş leytenant X2 göstərdi ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs qanunsuz olaraq narkotik maddələri üstündə saxlaması və qəbul etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmişəməliyyat axtarış tədbirləri nəticəsində sonuncu xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Şəxs üzərində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüş və bu barədə tərəflərindən müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evə gələrkən yerdə bir ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutusu onun diqqətini çəkdiyindən qutunu yerdən götürərək açıb baxdıqda qutunun içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu görmüşdür. Daha sonra isə həmin kibrit qutusunda olan qurudulmuş marixuananı götürüb öz şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Təxminən bir neçə dəqiqə o, yol gedib yaşadığı evə yaxınlaşan zaman tanımadığı iki nəfər şəxs ona evinin yaxınlığında yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları ona barəsində daxil olmuş məlumat əsasında birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında olan zaman orada müstəntiq tərəfindən ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirməklə hüquq və vəzifələri izah olunmuş, o, vəkilin iştirakı olmadan, video çəkiliş vasitəsilə üzərinə baxış keçilrilməsinə etiraz etməmişdir. Bundan sonra ona, müstəntiq tərəfindən üzərində hər hansı bir qeyri qanuni əşya olduğu halda könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən bir ədəd mobil telefonu və alışqanı çıxarıb, xidməti otaqda masanın üzərinə qoymuşdur. Daha sonra isə əynində olan gödəkçəsinin sağ cibindən bir ədəd, içərisində narkotik vasitə, qurudulmuş marixuana olan kibrit qutusunu cibindən çıxarıb xidməti otaqda masanın üzərinə qoymuş və qutunu açmışdır. Həmin vaxt müstəntiq ondan cibindən çıxardığı kibrit qutusunun içərisində olan tünd yaşıl rəngli bitki kütləsinin nə olduğunu soruşduqda o, bildirmişdir ki, həmin kibrit qutusunun içərisində olan bitki kütləsi narkotik vasitə olan marixanadır və onu yaşadığı evə gələrkən yolun kənarından taparaq öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə zərfdə qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Həmin zərf polis əməkdşları və onun tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və o, polis əməkdaşları tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarıı dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərar, inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli 7/863 nömrəli rəyindən görünür ki, tədiqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilmiş.....” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,743 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,743 qram narkotik vasitə olan qurudulmuş marixuana ekspertiza tədiqiqatından sonra 0,723 qram qalığı material üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədiqiqatından sonra 0,723 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədiqiqatından sonra 0,723 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-168/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-168/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver