Məhkəmə qərarları › İş №3(067)-1688/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1688/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1688/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(067)-242/2022 saylı qətnaməsinə əsasən Şəxs 07 yanvar 2010-cu il təvəllüdlü X6, 12 avqust 2012-ci il təvəllüdlü X3 və 11 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi təmin edilməlidir. Xaçmaz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(067)-242/2022 saylı qətnaməsinə əsasən Şəxs 07 yanvar 2010-cu il təvəllüdlü X6, 12 avqust 2012-ci il təvəllüdlü X3 və 11 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi təmin edilməlidir. İcra vərəqəsinin icrası ilə bağlı tərəfindən borcluya bildirişi buğun, məhkəməyə gəlməmişdən öncə təqdim edib. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, məhkəmə iclaslarından, icra vərəqəsindən, aliment öhdəliklərindən xəbəri olmayıb. Ona buğun, məhkəməyə gəlməmişdən öncə bildiriş təqdim edilmişdir ki, tələbi könüllü icra etsin, bundan sonra onun xəbəri olub ki, barəsində icra işi açılıb. Dərhal məhkəmədən müvafiq qətnaməni əldə edib, apelyasiya şikayəti verəcək ki, uşaqlar onun himayəsinə verilsinlər. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra işi barədə məlumatlı olmamışdır, bunu icra məmuru da təsdiq etmişdir. Buna baxmayaraq icra məmuru Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələbin könüllü icrası ilə bağlı bildirişin məhkəmə iclasına gəlməmişdən öncə təqdim edilməsini, və buna görə də onun alimentə görə borcu yarandığını, alimentə görə borcunun qərəzliliklə əlaqədar olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar