Məhkəmə qərarları › İş №3(067)-1689/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1689/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1689/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsi ev 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Saatlı rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(055)-396/2022 saylı icra sənədini icra etməmiş və 1560 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Saatlı rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(055)-396/2022 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X1 verilməsi təmin olunmalıdır. İcra sənədi müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş təqdim edilmişdir. Borclu aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmiş, hazıradək 1560 manat aliment borcu vardır. Borclu icra sənədi üzrə hazıradək heç bir ödəniş etməmiş, icra şöbəsində izahat verdiyi gün aliment borcundan 500 manat ödəyəcəyinə, qalan borc məbləğini isə növbəti aylarda hissə-hissə ödəyəcəyinə söz versə də, hazıradək heç bir ödəniş etməmişdir. Həmçinin borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun məhkəmənin aliment barədə qətnaməsindən xəbəri olmamışdır. Belə ki, o, savadsız olduğundan qətnaməni oxuya bilməmiş və ondan aliment tutulmasından məlumatı olmamış, aliment ödəməli olduğunu icra şöbəsində olarkən bilmişdir. O, uşaqlarının saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Həmçinin bildirmişdir ki, o, 2022-ci ilin ilk aylarından tələbkarla boşanmış və uşaqları tələbkarın himayəsində, başqa ünvanda yaşayırlar. Lakin o, bu müddət ərzində uşaqların saxlanılması üçün heç bir ödəniş etməmiş, uşaqların maddi təminatı ilə maraqlanmamışdır. Aliment borcunu ödəyəcəyinə söz verdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan qərardan və məktubdan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən axtarış qərarı qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə polis şöbəsi tərəfindən borclunun icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1986-cı ildə Xudat şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 24 oktyabr 2022-ci il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar