Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1692/2022 25.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X9 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evinin həyətində sabiq həyat yoldaşı Şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs qolundan tutub itələməklə sonuncuya sağ bazunun qançırı bərk küt əşya təsirindən törənməklə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X11 göstərdi ki, o, qeyd olunan Xaçmaz rayonu Qımıl-qışlaq kəndində sahə müvəkkili kimi işləyir. 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evinin həyətində sabiq həyat yoldaşı Şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində əvvəlcə Zərərçəkmiş şəxs qolundan tutub itələməklə sonuncuya sağ bazunun qançırı bərk küt əşya təsirindən törənməklə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, Xaçmaz rayonu Xudat şəhəri Pemka küçəsi ev 6-da yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. Zərərçəkmiş şəxs onun sabiq həyat yoldaşıdır, sonuncu ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından Günay Səmədova adlı övladları olmuşdur. Lakin sonradan Çilə onunla yola getmədiyindən 2019-cu ildə Xaçmaz rayon məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. 27 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən İdrak adlı kənd sakininə məxsus dükanın qarşısında dayanan zaman Qımıl-qışlaq kəndinin sahə müvəkkili Ariz müəllim onun yanına gələrək sabiq həyat yoldaşı Çilənin ondan şikayət etdiyini demişdir. Çilənin yaşadığı ev İdrak adlı şəxsə məxsus mağazadan təxminən 20-30 metr aralıda yerləşmişdir. O da, Ariz müəllimə Çilə ilə aralarında heç bir şey baş vermədiyini, Çilənin onun barəsində şikayət etməsinin əsassız olduğunu bildirmişdir. Çilə DİN-nin 102 xidmətinə də zəng vuraraq məlumat verdiyindən həmin yerə digər polis əməkdaşlarıda gəlmişlər. 27 sentyabr 2022-ci il tarixdə o, Çilə ilə mübahisə etməmiş, sonuncunun yaşadığı evin həyətinə sahə müvəkkili Ariz müəllimlə birlikdə daxil olmuş, Ariz müəllim həmin yerə gələnə kimi o, İdrakın dükanının qarşısında olmuş, Ariz müəllim həmin yerə gələrək Çilənin onun barəsində şikayət etməsini dedikdən sonra məsələni aydınlaşdırmaq üçün Ariz müəllimlə birlikdə Çilənin yaşadığı ünvana getmiş, daha sonra da oradan polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. O, Çilədən boşandıqdan sonra yenidən ailə həyatı qurmaq istədiyindən sonuncu bunu qəbul etmək istəmədiyindən onunla heç bir səbəb olmadan qərəzli mövqe apararaq mübahisə etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, Xaçmaz rayonu Qımıl- qışlaq kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olub dolanır. Şəxs sabiq həyat yoldaşıdır, sonuncu ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından Günay Səmədova adlı övladları olmuşdur. Lakin sonradan Vahid onunla və birinci nigahından olan övladı Səma Məmmədova ilə yola getmədiyindən 2019-cu ildə Xaçmaz rayon məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. Vahidlə boşanan zaman qızı Günaya görə məhkəmə Vahidə 120 manat aliment kəsmiş, lakin buna baxmayaraq sonuncu ona aliment ödəməkdən boyun qaçırmışdır. Buna görə də Vahidin ona olan aliment borcu təxminən 3000 manat olmuş, bu səbəbdən 31 avqust 2022-ci il tarixdə Vahid ona kəsilmiş alimenti ödəmədiyinə görə barəsində məhkəmə baxışı olmuşdur. Məhkəmə baxışı zamanı Vahid ona 200 manat aliment ödədiyindən, həmçinin o, Vahidin həbs olunmasını istəmədiyindən sonuncuya məhkəmə tərəfindən həbsiz cəza kəsilmişdir. Həmin vaxtan sonra Vahid mütamadi olaraq onunla barışmağa çalışmış, Vahidin onunla barışmaq istəməsinə səbəb isə Vahidə kəsilmiş alimentin ləğv etdirməsini istəməsi olmuşdur. 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində evdə olduğu zaman sabiq həyat yoldaşı Vahid yaşadığı ünvana gələrək, yaşadığı ünvanda onunla mübahisə etməyə başlamış, onunla mübahisə etməsinə səbəb isə Vahidə kəsilmiş alimentin ləğv etdirməsini istəməsi olmuşdur. Mübahisə zamanı Vahid onu və ailə üvlərini nəlayiq ifadələrlə söyərək əvvəlcə sağ qolundan tutub itələmiş, daha sonra sillə və yumruqla baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Bu zaman anası X1 araya girərək onu Vahidin əlindən almış, bundan sonra onların kəndinin sahə müvəkkili Ariz müəllimə daha sonra isə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra yaşadığı ünvana polis əməkdaşları gələrək Vahidi polis şöbəsinə aparmışlar. 27 sentyabr 2022-ci il tarixdə onların mübahisə səsinə oraya heç kim gəlməmiş, həmin vaxt orada o, anası Mehriban, qızı Əfsanə olmuşlar. Aralarında baş vermiş mübahisə yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndindəki fərdi yaşayış evinin həyətində baş vermiş və mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. İşdə olan Xaçmaz rayon X8 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 27 sentyabr 2022-ci il tarixli, 522 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ bazunun qançırı küt əşya təsirindən törənməklə, yetrilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 25 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-1692/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1692/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver