Məhkəmə qərarları › İş №3(067)-1693/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1693/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1693/2022 25.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi ev 68-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə X3gilə məxsus ünvan 1 ünvanında yerləşən evdən 90 manat dəyərində təmir alətlərini, bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində X1 evinin həyətindən 60 manat dəyərində su motorunu (nasosunu) oğurlamaqla xırda talamışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü hazırkı iş üzrə barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri törətdiyini bildirərək, özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Barəsində cərimə növündə tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, X1 evindən su motorunu oğurlaması nəticəsində vurduğu ziyanı tamamilə ödəmiş, X3gilə məxsus evdən təmir alətlərini oğurlaması nəticəsində vurduğu ziyanı isə ödəməmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan müəyyən olunur ki, cinayət işinin başlanması rədd edilmiş və material Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ondan oğurlanmış qeyd olunan su motorunun oğurlanması nəticəsində ona dəymiş ziyan tam ödənildiyi üçün onun heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ondan oğurlanmış qeyd olunan təmir alətlərinin oğurlanması nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmişlərdən birinə vurduğu ziyanı ödəməsini, 56 yaşının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 19:30-da tutulmuş, 25 oktyabr 2022-ci il tarixdə saat 09:40-da tutmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2022-ci il saat 19:30-dan xx.xx.2022-ci il saat 09:40-dək inzibati qaydada tutulması nəzərə alınaraq onun barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydad təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar