Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1696/2022 26.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1973-cü ildə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qalağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(105)-1370/2019 saylı icra sənədinə əsasən 11150 manat borcu tələbkara ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(105)- 1370/2019 saylı icra sənədinə əsasən Şəxs borclu olduğu 11150 manat pul vəsaitini tələbkar "xxxx" ASC-yə ödəmir. Həmin icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu tələbkara bu günədək 230 manat ödəmişdir. Onun hazıradək 11150 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun tələbkara borcu sonuncudan aldığı kombayn nəqliyyat vasitəsinə görə olmuşdur. Lakin həmin kombayn işləməmiş və onun bu səbəbdən qazancı olmamışdır. O, hazıradək tələbkara borclu olduğu məbləğdən 230 manat ödəniş etmiş, onun 11150 manat borcu qalmışdır. Qalan borcunu ödəyəcəkdir, belə ki, o, aldığı kombaynı sataraq borcundan ödəniş edəcəkdir. Şəxs məhkəmə iclas zalında tələbkara borclu olduğu məbləğdən 200 manat hazırda ödəyə biləcəyini bildirərək həmin məbləğdə pul vəsaitini icra məmuru Natiq Şəfiyevə təqdim etmişdir. Həmçinin evli olmaqla 2 övladının olmasının nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1973-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1696/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1696/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver