Məhkəmə qərarları › İş №3(067)-1701/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1701/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1701/2022 28.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxx 1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonunun Alıcqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-722 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 10 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat aliment və 30 manat dövlət rüsumu Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilmiş və onun üzərinə qoyulmuş öhdəlikləri qismən icra etsə də, tam şəkildə icra etmir. Belə ki, borclu Şəxs hər ay tələbkara 150 manat aliment ödənilməli olduğuna baxmayaraq o, borcunu tam yox qismən ödəyir, hər ay 100 manat məbləğində. Borclu isə buna narazılıq etdiyi üçün, tələbkar barəsində protokol tərtib etmək məcburiyyətində qalmışdır. Bununla da, Şəxs aliment borcu cəmi 2640 (iki min altı yüz qırx) manat təşkil edir. O, həmin yaranmış borcla bağlı icra şöbəsinə dəvət edilmiş və bu barədə izahatı alınmışdır. Yaranmış borcun səbəbi ki, yenidən nikaha girərək ailə qurduğunu və həmin nikahdan 2 uşağının olduğunu ailədə ondan başqa heç kəsin işləmədiyini göstərmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borclu sonuncu dəfə 26 oktyabr, 01 sentyabr, 02 avqust , 31 may 2022-ci tarixlərdə ödənişlər etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Maddi imkanları daxilində müntəzəm olaraq ödənişlər edir. Özü xəstədir, yenidən ailə qurmuşdur. Həmin yeni ailəsindən iki azyaşlı övladı var, o, heç bir övladını birini digərindən üstün saymır, hər bir övladı üçün eyni qayğını göstərməkdə çəkinmir. Məhkəmə qətnaməsi üzrə ona təyin edilmiş məbləği ailəsində ondan başqa işləyən yoxdur deyə tam ödəyə bilməsə də, hər ay 80 və 100 manat olmaqla ödəniş edir, ödənişləri edəməkdən yayınmamışdır. Borcun yaranmasına səbəb onu, təyin edilmiş məbləği tam şəkildə ödəməməsi ilə bağlıdır. O, etmiş olduğu ödənişlərlə bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Bundan sonra da, aliment borcunu tam şəkildə ödəyə bilməsə də, ödənişlərini edəcəyini, gələcəkdə imkanı yaxşı olduğu halda borcunu tam şəkildə ödəyəcəyini bildirərək məhkəmədən barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tələbkarın nümayəndəsi izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xaçmaz rayon Məhkəməsinin 2(067)-722 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 10 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat aliment və 30 manat dövlət rüsumu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Aliment borcunun bir dəfəyə ödənilməsini tələb edir. Hazırda borclunun tələbkara 2640 (iki min altı yüz qırx) manat təşkil edir. Borclu ona hər ay ödəniş etsə də, ödəniş tam olmur. Son dəfə oktyabr, sentyabr, avqust və may ayında ödənişlərini etmişdir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tələbkara ödəməli olduğu aliment pulundan 31 yanvar 2022-ci il tarixdə 90 manat, 01 mart 2022-ci il tarixdə 90 manat, 31 may 2022-ci il tarixdə 100 manat, 02 avqust 2022-ci il tarixdə 100 manat, 01 sentyabr 2022-ci il tarixdə 100 manat, 26 oktyabr 2022-ci il tarixdə 100 manat pul ödəmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-562/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilmiş və tələbkarın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edib, məhkəmənin qərarını əldə etsə də, qərarla razılaşmış və apelyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Materiala əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs tələbkara olan aliment borcunu hər ay davamlı şəkildə ödəyir, yığılıb qalan aliment borcunu isə hissəhissə ödəyəcəyinə söz verir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə borcunu ödəməkdən imtina etməmiş, yayınmamışdır, icra məmurunun qanuni tələblərinə əməl etmişdir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin hansı üzürsüz səbəbdən yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərəkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə borcu ödəməkdən qəsdən yayınma halları təsdiq olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar