Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1701/2025 22.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 19 noyabr 2025-ci il tarixli, 01400-09520/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Xaçmaz rayonu, Susayqıslağ kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (Vöen: **********) 2025-ci ilin mart ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 6748,62 ABŞ dolları dəyərində “qabığı təmizlənmiş fındıq ləpəsi” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-003071/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1uğu və rəhbərinin Nümayəndə1 Qədirsah oğlu olduğu məlum olmuşdur. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 25 mart 2025-ci il tarixli **********0715 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 6748,62 ABŞ dolları (11472,65 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutut. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 2025-ci ilin mart ayı ərzində 1 gömrük bəyannaməsi üzrə “qabığı təmizlənmiş fındıq ləpəsi” məhsulu ixrac edilmişdir. İxrac etdiyi məhsulun müqabilində xarici valyuta vəsaitləri müvəkkil edilmiş bankın hesabına köçürülməmişdir. İş üzrə VAİS baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 6748,62 ABŞ dolları vəsait köçürülməmişdir. Şəxs MMC-nin direktoru Nümayəndə1 dəvət olunmuş, o, izahatında onların əsas fəaliyyətinin kənd təsərrüfatı məhsullarının tədarükü və xarici ölkələrə ixracından ibarət olduğunu, Rusiya Federasiyasında yerləşən "xxxx" şirkəti ilə bağlanmış müqaviləyə əsasən 1 gömrük bəyannaməsi üzrə “qabığı təmizlənmiş fındıq ləpəsi” ixrac etdiklərini, həmin vəsaitin isə şirkətin hesabına daxil olmadığını, buna səbəb bağlanmış müqaviləyə əsasən ixrac zamanı məhsullarının bir qismində malın keyfiyyətinə görə problemlərin və uyğunsuzluqların olması olduğunu, məhz bu səbəbdən pul vəsaitinin bank hesabına köçürülmədiyini bildirmişdir. Bununla əlaqədar İXM-nin 483-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Xaçmaz rayon Məhkəməsinə təqdim edilmişdir. Həmçinin alıcı və satıcı öz aralarında razılığa gələ bilərlər, lakin Qanunvericiliyin tələbinə əsasən valyuta vəsaiti faktiki olaraq əldə edilib-edilməməsindən asılı olmayaraq qaytarılmalıdır. X5 İdarəsinə vaxtında məlumat versə idi ki, göndərilən mal xarab olub, onların tərəfindən sorğular ediləcək, banka məlumat veriləcək idi. Eyni zamanda alıcı tərəfə sorğu göndərilib, cavab alındıqdan sonra müvafiq qərar qəbul ediləcəkdi. Həmçinin 150-ci gündə şirkət vəsaiti qaytarmadığı üçün məsuliyyətə cəlb ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin 180 gün müddət keçməsinə baxmayaraq vəsait hələ də köçürülməmişdir. Bu barədə nümayəndə ilə əlaqə saxlayıb şifahi məlumat verilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahat verərək qeyd olunan maddə ilə özünü təqsirli bilmədiyini bildirmişdir. Belə ki, cari ilin mart ayında "xxxx" şirkətinə 22 ton “qabığı təmizlənmiş fındıq ləpəsi” göndərmişlər. Sonradan onlara məlumat verilmişdir ki, məhsulda müəyyən məbləğdə uyğunsuzluq var. Labaratoriya yoxlaması ilə bunu təsdiq olunandan sonra həmin malın Azərbaycana gətirilməsi əlavə ziyana səbəb olacağı üçün həmin şirkətə malın dəyərinin güzəştlə verilməsi barədə razılığa gəlmişlər və 6000 ABŞ dolları güzəşt etmişlər. Lakin MMC xarab olmuş məhsulu ölkəyə geri qaytara bilməzdi. Aqroimpex” şirkətinə satdıqları malda qəbul zamanı uyğunsuzluq olması barədə, həmçinin əvvəllər də eyni əməllə 400 ABŞ dolları inzibati qaydada cərimə edildiyi üçün xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinə məktub göndərmişlər. Şəxs MMC tərəfindən dövlətə olan vergi ödənilmişdir və şirkətin dövlətə heç bir borcu yoxdur. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun tərkibi vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, ünvan 3i ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) 2025-ci ilin may ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 6748,62 ABŞ dolları dəyərində “qabığı təmizlənmiş fındıq ləpəsi” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-003071/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasına dair “Bildiriş” dən müəyyən edilir ki, **********0388 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində 11380380,00 RUB, **********0715 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində 164300,00 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesaba köçürülməsinə 30 gün müddət qalması barədə bildiriş təqdim edilmişdir. - Gömrük bəyannaməsindən və Gömrük Xidmətinin VAİS-dən çıxarışdan görünür ki, **********0715 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. - xx.xx.2025-ci il tarixli “Baxış protokolu”ndan müəyyən edilir ki, Xaçmaz Gömrük İdarəsində Şəxs MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərək Şəxs MMC tərəfindən 25 mart 2025-ci il tarixli **********0715 nömrəli gömrük bəyannaməsi ilə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 6748,62 ABŞ (11472,65) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. - “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” 19 noyabr 2025-ci il tarixli qərardaddan müəyyən edilir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 tərəfindən inzibati araşdırma başlanmışdır. - Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 tərəfindən ünvan 3ində qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) barəsində 19 noyabr 2025-ci il tarixli, 01400-09520/25 nömrəli inzibati xəta haqıında protokol tərtib edilmişdir. - İcraatın başa çatdırılması haqqında “Raport”dan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə icraat başa çatdırılmışdır. - Məhsulun qəbulu zamanı keyfiyyət üzrə aşkar edilmiş uyğunsuzluqlar haqqında 09 aprel 2025-ci il tarixli “Akt”dan müəyyən edilir ki, Şəxs MMC tərəfindən 6000 kq təmizlənmiş fındıq istehsal olunmuşdur. Satıcıya 6693,00 ABŞ dolları zərər dəymişdir. - xx.xx.2025-ci il tarixli 136-Э/25 nömrəli “Rəy”dən müəyyən edilir ki, “Təmizlənmiş, qovrulmamış fındıq ləpələri, kalibr: Büzüşmüş” məhsul nümunəsi “Acılaşmış, kiflənmiş və özəyi saralmış ləpələrin miqdarı” göstəricisi üzrə QOST 16835-81 “Fındıq ləpələriş Texniki şərtlər” standartlarının tələblərinə uyğun deyil. - "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli TU/Aİ/2025 nömrəli müqavilə çərçivəsində Şəxs MMC şirkəti tərəfindən tədarük edilmiş, Lot № 3 fındıq üzrə giriş nəzarəti aparıldıqdan sonra aşağıdakı uyğunsuzluqlar müəyyən edilmişdir. Yüklə bağlı məlumatlar: CMR № 001142 (CMR – X6), dövlət qeydiyyat nişanı ** CC *** olan avtomobil, qoşqunun dövlət qeydiyyat nişanı ** ZV ***, QTD 10228010/300325/5093667 (QTD – Gömrük bəyannaməsi), Aparılmış yoxlama nəticəsində məhsulun keyfiyyət parametrlərinin müqavilədə bəyan edilən göstəricilərə uyğun olmadığı, konkret olaraq acılaşmış, kiflənmiş və zərərvericilər tərəfindən zədələnmiş ləpələrin miqdarının əhəmiyyətli dərəcədə normadan artıq olduğu müəyyən edilmişdir. - Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış 29 may 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli **********0715 saylı Gömrük bəyannaməsi üzrə ixrac edilmiş mala görə alıcı "xxxx" MMCdən daxil olmalı vəsaitin 6693,00 ABŞ dolları ekvivalentində az daxil olunacağını nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, Xaçmaz Gömrük İdarəsində Şəxs MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərək Şəxs MMC tərəfindən 25 mart 2025-ci il tarixli **********0715 nömrəli gömrük bəyannaməsi ilə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 6748,62 ABŞ (11472,65) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan 6748,62 ABŞ dollar (11472,65 manat) dəyərinin 30%-i, yəni 2.024,586 ABŞ (3.441,795 manat) məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1701/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1701/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver