Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1703/2022 31.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Gənclik küçəsi ev 33-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı və Xaçmaz rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(067)-2271/2019 saylı icra sənədlərini icra etməmiş və ümumilikdə 5596 manat borcu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-2431/2018 saylı icra sənədinə əsasən Şəxs qeyd olunan qızıl zinət əşyaları, yaxud onların dəyəri və dövlət rüsumu alınaraq X3 verilməlidir. Həmçinin Xaçmaz rayon məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(067)-2271/2019 saylı icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 manat sabit məbləğdə aliment X1 xeyrinə tutulmalıdır. İcra sənədləri müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş təqdim edilmişdir. Borclu aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişdir. Borclu sonuncu dəfə 2022-ci ilin sentyabr ayında 300 manat ödəniş etmişdir. Hazıradək qızıl zinət əşyaları ilə bağlı icra sənədi üzrə 2516 manat, alimentlə bağlı isə 3080 manat, yəni icra sənədləri üzrə ümumilikdə 5596 manat borcu vardır. Bundan başqa, borclu hazırkı icra sənədi üzrə CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən işləyə bilmir və qeyd olunan icra sənədlərinə əsasən borclu olduğu ümumilikdə 5596 manat borcu ödəyə bilmir. O, cəzasının dəyişdirilməsi üçün icra və probasiya şöbəsinə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, onun icra sənədləri üzrə borcu o, cinayət məsuliyyətinə cəlb edilməzdən də əvvəl yaranmışdır. İnzibati tənbeh olaraq cərimə ödəməyə imkanı olmadığından barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1703/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1703/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver