Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1706/2023 26.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Yalama st. X3 CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə, saat 18-00 da KOLİN şirkətinə məxsus KON markalı ekskavator texnikasından 100 litr dizel yanacağı oğurlaması ilə bağlı Xaçmaz Yalama st. X5 tərəfindən xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Şəxs mühafizəçi işlədiyi müəssisədən yanacaq oğurlayarkən yaxalanmışdır. Hadisə xx.xx.2023-cü ildə saat 18:00 radələrində baş vermişdir. Şübhəli bilinən Şəxs saxlanılaraq PB-nə gətirilmişdir. Bölmədə əməlini etiraf etmiş və barəsində protokol tərtib edilərək məhkəməyə göndərimişdir. Şəxs KOLİN şirkətinə məxsus KON markalı ekskavator texnikasından oğurladığı 100 litr dizel yanacağı zərərçəkmişə geri qaytarmışdır Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, həmin müəssisədə mühafizəçi işləyir. 5 aydan artıq müddətdir ki, əmək haqqı almır. Ehtiyacı olduğu üçün ilk dəfə belə bir inzibati xəta pozuntusu törətmişdir. Əməlindən peşmandır. Tərəflər arasında barışığa nail olunmasını nəzərə alaraq ona həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin təhqiqatçısı, polis kapitanı Əli Hüseynovun xx.xx.2023-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş izahatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs KOLİN şirkətinə məxsus KON markalı ekskavator texnikasından 100 litr dizel yanacağı oğurlamasınıetiraf etmişdir. “X4 Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, dəymiş ziyan ödənilmiş və sonuncudan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şəxs xırda talaması nəticəsində KOLİN şirkətinə maddi ziyan dəyməsi, həmin halın izahatlar və iş materiallarında olan sübutlarla öz təsdiqini tapması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara və qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-53, 61, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1706/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1706/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver