Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-172/2023 31.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Çiləgir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 3(067)-591/2020 saylı icra sənədi üzrə 500 manat məbləğində cəriməni dövlət nəfinə ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs barəsində Xaçmaz rayon məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 3(067)-591/2020 saylı qərarı ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Onun tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020ci il tarixli qərar qəbul edilmiş və həmin tarixli “Tələbin könüllü icrası barədə” Bildiriş borcluya təqdim edilmişdir. Borclu icra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarı əsasında ona təyin edilmiş 500 manat məbləğində cərimə inzibati tənbeh növünü hazıradək icra etməyərək həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, məhkəmənin inzibati tənbehetməyə dair qərarı ilə barəsində tətbiq edilmiş 500 manat cəriməni hazıradək ödəməmişdir. Ödəməməsinin səbəbi isə onun üç ilə yaxındır, işsiz olması, həmçinin arvadının ağır xəstəliyi ilə əlaqədar sonuncunun müalicə xərcləri olmuşdur. O, işlə bağlı məşğulluq mərkəzinə müraciət etmiş, həmçinin iş yerləri axtarmış, lakin iş tapa bilməmişdir. İş olarsa, işləyib qazanc əldə edib cəriməni ödəyərdi. Həmçinin bildirmişdir ki, onun övladları ondan ayrı yaşayıb işləyirlər. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 3(067)-591/2020 tarixli icra vərəqəsindən görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar (xx.xx.2020), tələbin könüllü icrası barədə bildiriş (xx.xx.2020), “Xəbərdarlıq” (xx.xx.2023) təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf etməsini, 61 yaşının olmasını, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1961-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-172/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-172/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver