Məhkəmə qərarları › İş №3(067)-1727/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1727/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1727/2022 21.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Həsənqala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə, saat 20:23-də onun idarə etdiyi “VAZ 21154” minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil Xaçmaz RPŞ-nin DYPBnin Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılan zaman həmin avtomobildə qoşulu və işlək vəziyyətdə olan çoxavazlı səs siqnalı qurğusundan istifadə edilməsi aşkar edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs qeyd olunan əməli törətdiyini etiraf edərək özünü inzibati xətanı törətməkdə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmişdir. Xaçmaz RPŞ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan və fotoşəkillərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:23-də Şəxs idarə etdiyi “VAZ 21154” minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşı tərəfindən saxlanılan zaman həmin avtomobildə qoşulu və işlək vəziyyətdə olan 01 ədəd “Premier Hazard 6009” markalı çoxavazlı səs siqnalı qurğusu və onun komplekt hissələri olan 01 ədəd mikrofon qurğusu və 01 ədəd səsucaldan qurğu aşkar edilmiş və sübut kimi götürülmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasının həddi daxilində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, cərimə növündə tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1985-ci ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet - 01 ədəd “Premier Hazard 6009” markalı çoxavazlı səs siqnalı qurğusu və onun komplekt hissələri olan 01 ədəd mikrofon qurğusu və 01 ədəd səsucaldan qurğu (Xaçmaz RPŞ-də saxlanılan) müsadirə edilməklə Şəxs barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar