Məhkəmə qərarları › İş №3(067)-1727/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1727/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1727/2024 28.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı Şəxs Xaçmaz rayon məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 3(067)-548/2020 saylı qərarı üzrə inzibati xitam verilməsi və sair barədə ərizəsinə baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, “VAZ 2107”minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında (EQ-2729078) protokol tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimələri ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP-3283129) protokol tərtib edilmişdir. Xaçmaz rayon məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 3(067)-548/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, o, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir. Bundan sonra Şəxs məhkəməyə ərizə ilə müraciət edərək cərimə borcunu ödədiyini bildirmişdir. Bununla əlaqədar Xaçmaz rayon məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 3(067)-548/2020 saylı qərarı üzrə icraata xitam verilməsini xahiş etmişdir. “ASAN PAY” ödəniş sistemindən görünür ki, Şəxs ilkin protokola (EQ-2729078) əsasən ona təyin olunmuş cəriməni ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati qaydada tənbeh edilmiş Şəxs ərizəsi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. Şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 3(067)- 548/2020 saylı qərarı üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar