Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1729/2023 28.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonunun Mürşüdoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Mürşüdoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Xaçmaz şəhəri, Z,Əliyeva küçəsində ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında ptotokolu tərtib etmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat 17:00 radələrində Şəxs Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində Salahov H.N və Məhərrəmov F.İ ilə mübahisə edib ictimai qaydanı pozmuşdur. Bununlada barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Məhəkəmə iclasında inzibati xəta haqqında ptotokolu tərtib etmiş şəxs tərəfindən ərazidə olan təhlükəsizlik kamerası vasitəsilə aparılmış videoçəkilişə audio-video disk vasitəsilə baxış keçirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs törətdiyi əməlindən peşmandır. Barəsində yüngül tənbeh təyin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx.xx.1986-cı ildə Xaçmaz rayonunun Mürşüdoba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1729/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1729/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver