Məhkəmə qərarları › İş №3(067)-1737/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1737/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1737/2025 28.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, xx xxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Turan küçəsi, ev 6 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat düzgün aparılmamışdır. Belə ki, təqdim olunmuş materialdan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılarkən, prosessual pozuntulara yol verilmişdir. Məhkəmə iclası zamanı sədrlik edənin inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə görülmüş icra tədbirləri nəticəsində yetkinlik çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvünün iştirak edib etməsi ilə bağlı sualına, Nümayəndə birinci dəfədə dəvət edildiyini, ikinci dəfəsində isə dəvət edilmədiyini, bundan əlavə olaraq sədrlik edənin komissiyanın rəyinə əsasən yetkinlik yaşına çatmayan uşağın heç bir fiziki təzyiq və təsir altında olmamasına baxmayaraq anasının himayəsinə getməkdən imtina etməsi ilə bağlı verdiyi rəyini diqqətə çatdıraraq bununla bağlı nə deyə bilərsiniz sualına isə Nümayəndə həmin rəydən xəbərinin olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Şəxs bildirmişdir ki, barəsində inzibati qaydada tədbir görülməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokolu və məhkəməyə müraciət edilməsi əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyətinin 21 avqust 2025-ci il tarixli, 5-49/2-606/2025 saylı məktubundan görünür ki, Xaçmaz rayon X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Əlibala Alxaslı və həmin komissiyanın aparıcı-məsləhətçisi Tehran Laçınov iştirakları ilə icra sənədləri icra edilərkən nümayəndə Ə.Alxaslının və T.Laçınovun məlumatına əsasən 21 avqust 2018-ci il təvəllüdlü X5 atası Şəxs təzyiqi və hədə-qorxusu olmadan anası Z.Mirzəbəyova ilə mehriban şəkildə vaxt keçirmiş, lakin icra tədbiri başa çatdıqdan sona o, anası ilə getməkdən imtina etmişdir. Eləcə də, İcra sənədlərinin icrası ilə əlaqədar Komissiya mütəxəssislərinin və tərəflərin iştirakı ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında 21 avqust 2018-ci il təvəllüdlü X5 tələbkar X1 ilə getməkdən imtina etməsi barədə 03 iyul 2025, 24 iyul 2025 və 01 avqust 2025-ci il tarixlərində aktlar tərtib olunmuşdur. Buna görə də məhkəmə qərarını icra etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyətinin 21 avqust 2025-ci il tarixli, 5-49/2-606/2025 saylı məktubundan göründüyü kimi Şəxs Xaçmaz rayon məhkəməsinin qərarını icra etməsi ilə bağlı qərəzli olaraq hər hansı bir əməlinin törətməsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə uşaqların mənafelərini qorumaq və onların hüquqlarını təmin etmək məqsədi ilə, onlarla keçirilən hər bir icra tədbirində Qəyyumluq və Himayəçilik komissiyanın nümayəndəsinin iştirakı məcburi olduğu halda, icra məmuru bunu təmin etmməklə prosessual pozuntulara yol vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci madəsinin tələblərinin pozulmasına görə Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməsi ilə bağlı icra məmuru tərəfindən inzibati tənbeh növünün tətbiqi ilə bağlı məhkəməyə təqdim edilmiş protokolun düzgün tərtib edilmədiyini əsassız hesab edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar