Məhkəmə qərarları › İş №3(067)-1742/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1742/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1742/2025 01.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi X1, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi 37/3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1, 510, 535.1-ci maddələri üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhər Nizami küçəsində polisin qanuni tələbinə tabe olmamış və nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhər Nizami küçəsində polisin qanuni tələbinə tabe olmamış və nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri Nizami küçəsində əməliyyatçılar onu saxlayarkən o, qaçmışdır. Əməlindən peşmandır. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri, Nizami küçəsində Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış və nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Onu nizamintizama dəvət etsələr də, buna məhəl qoymayıb ucadan nalayiq ifadələr işlədib səs-küy salmaqla qanunsuz hərəkətlərini davam etdirmişdir. Onu PŞ-nə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilən X9 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhər Nizami küçəsində Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış və nalayiq söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-93/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən bir yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün hər ay 120 manat aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 protokolda qeyd olunanlar ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-93/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən bir yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün hər ay 120 manat aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hazırda onun 18770 manat borcu var. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, borcu etiraf edir. Borcları yığıldığından ödəyə bilmir. Əməlindən peşmandır. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tovuz Rayon Məhkəməsinin 2(062)-93/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs bir yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün hər ay 120 manat aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında borcunu vaxtı-vaxtında ödəyə bilmədiyini bildirmişdir. - xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Şəxs borcunun olması və ödənilməsinə dair bildirişi almışdır. - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhər Nizami küçəsində polisin qanuni tələbinə tabe olmamış və nalayiq söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. - Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, etdiyi hərəkətləri etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. - İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:50-də inzibati qaydada tutulmuşdur. İş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Belə ki, məhkəmə qətnaməsi icraya yönəldiləndən bəri borclu borcun ödənilməsindən yayınmış, keçən müddət ərzində ödəniş etməmişdir. Borclu icra sənədindən məlumatı olsa da, tələb olunan qaydada ödəniş etməmişdir. Məhkəmə qətaməsinin icrasından hər hansı üzrlü bir səbəbdən yayınmasını göstərən hərəkət etməmişdir. Göründüyü kimi, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün səmimi etirafı, şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1, 510 və 535.1-ci maddələri ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddələrin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 510 və 535.1-ci maddələrinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 510, 535.1-ci maddələri ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 30 noyabr 2025-ci il saat 12:50-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar