Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1753/2022 06.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkən şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 48-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(067)-495/2022 saylı icra sənədini qərəzli olaraq icra etməmiş və onun 1950 manat aliment borcu vardır. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(067)- 495/2022 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü bir uşağın saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 195 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Ağasiyeva (Məmmədova) Gülnar Adil qızına verilməlidir. İcra sənədi müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş təqdim edilmişdir. Borclu aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişdir. Borclu hazıradək rəsmi olaraq aliment ödəməmişdir. Həmçinin o, icra şöbəsinə gəlməkdən yayınmış, icra şöbəsinə axtarışla gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, bir uşağın saxlanılması üçün zərərçəkən şəxsə hər ay 190 manat aliment ödəməlidir. O, usta işləyir, qazancı olan vaxtları da olur, olmayan vaxt da olur. Uşağı üçün rəsmi qaydada aliment ödənişi etməsə də, uşaq üçün bazarlıqlar edib aparmışdır. O, uşağının saxlanmasından boyun qaçırmır, imkanı çatan qədər uşağı üçün köməklik edir. Tələbkar ona on-on beş gün vaxt verərsə, o, alimenti ödəyə bilər. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, Şəxs məhkəminin qətnaməsi qəbul olunandan aliment ödəməmişdir. Şəxs bu ilin təxminən sentyabr-oktyabr ayında uşaq üçün 300 manatlıq məktəb ləvazimatı almışdır. O, Şəxs etibarı olmadığı üçün ona alimenti ödəməsinə söz verməsi barədə vədinə inanmadığını, icra məmuru tərəfindən dəfələrlə xəbərdar edlməsinə baxmayaraq, aliment ödəməməsini bildirərək, onun həbs edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Şəxs uşaq üçün xərclədiyi 300 manat pulun yaranmış aliment borcundan çıxılmasına, ona 1650 manat aliment borcu qalmasına razıdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə axtarışla saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 05 noyabr 2022-ci il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1753/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1753/2022
06.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver