Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1754/2022 06.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, 1 mr., Cavadxan küçəsi ev 7, mənzil 47-də qeydiyyatda olan, Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Xaçmaz rayon məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(067)-3093/2019 saylı qərarına əsasən onun qazancının 1/3 miqdarında aliment tutulmalıdır. O, 1375 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 3093/2019 saylı icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutularaq tələbkar X2 verilməlidir. İcra sənədi müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yaranmış və dəfələrlə alimenti ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmişdir. Borclu sonuncu dəfə 2022-ci ilin may ayında ödəniş etmiş, həmin vaxtdan aliment ödəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, işi olmadığı üçün alimenti ödəməmişdir. Həmçinin bildirmişdir ki, tələbkar ona uşaqlarını görməyə imkan vermir. O, hesab edir ki, əgər aliment ödəyirsə, uşaqlarını görməlidir. Onun torpaq sahəsində fındıq məhsulu olmuş, avqust-sentyabr ayında satmışdır. Hazırda aliment borcundan ödəniş edə bilmir. Barəsində hansı inzibati tənbehin təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə axtarışla saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 05 noyabr 2022-ci il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1754/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1754/2022
06.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver