Məhkəmə qərarları › İş №3(067)-1756/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1756/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1756/2022 11.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu , X2 Xaçmaz rayon X6 X7 TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 rayon X6 X7 TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, X1 RPŞ-nin YPX-nin TP515201 saylı xx.xx.2022-ci il tarixli qərarından xx.xx.2022-ci il tarixdə şikayə vermişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin tələblərinə görə, qərardan rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. X3 şikayət ərizəsinə qərarın hansı tarixdə rəsmi şəkildə alınmasına dair heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 133-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: X2 Xaçmaz rayon X6 X8 tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar