Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1758/2022 08.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X1, inzibati tənbehvermə haqqında qərarından şikayət verilmiş şəxs X3 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin İİ Taqım YPX inspektorunun xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində BDYPİ-nin İİ Taqım YPX inspektoru X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyini, şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında inzibati tənbehvermə haqqında qərarından şikayət verilmiş şəxs şikayət vermiş şəxsin şikayətdən imtina etməsinə və şikayətin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin vəsatəti təmin olunmalı və şikayət qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. q ə r a r a a l d ı : Vəsatət təmin olunsun. X1 Baş Dövlət Yol Polisi İdarəsinin İİ Taqım YPX inspektorunun xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət ərizəsi qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1758/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1758/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver