Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1759/2022 24.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz şəhəri İş № 3(067)-1759/2022 xx.xx.2022 Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Şəxs iştirakları ilə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra Hakimiyyətinin 21 yanvar 2020-ci il tarixli, 01/0 nömrəli tikintiyə icazə sənədi ilə Xaçmaz rayon Qusarçay kəndi ərazisində fındıq qovurma sexinin anbar binasının tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən olunmuş müddətdə Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməmişdir. Buna görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti şöbəsinin məsləhətçisi X2 tərəfindən 28 oktyabr 2022-ci il tarixdə vəzifəli şəxs Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bildiyini, iş qrafiki gərgin olduğu üçün Xaçmaz rayon Qusarçay kəndi ərazisində fındıq qovurma sexinin anbar binasının tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən olunmuş müddətdə Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməsini geçikdirdiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Materiala əlavə edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 20 sentyabr 2022-ci il tarixli 1794 №-li məktubundan görünür ki, Xaçmaz rayonu Qusarçay kəndi ərazisində fındıq qovurma sexinin anbar binası və köməkçi otaqlar tikintisinə aid olan sənəd və məlumatların dövlət reyestrinə daxil edilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalama və Arxitektura Komitəsinə müraciət edilmişdir. Materiala əlavə edilmiş 21 yanvar 2020-ci il tarixli 01/0 №-li obyektin tikintisinə icazə sənədindən görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən Xaçmaz rayonu Qusarçay kəndi ərazisində fındıq qovurma sexinin anbar binası və köməkçi otaqlar tikintisinə icazə verilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 1 saylı ərazi sektorunun böyük məsləhtçisi X2, həmin sektorun baş məsləhtçisi X1 və Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Tikintilərin Dövlət Reyestrinə sənədlərin daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1794 nömrəli məktubunda qeyd olunan, Xaçmaz rayonu Qusarçay kəndi ərazisində fındıq qovurma sexinin anbar binası və köməkçi otaqlar tikintisinə icazə verilməsinə dair təqdim edilən sənədlər şəhərsalma nəzarəti qaydasında araşdırılmış, məlum olmuşdur ki, obyektin tikintisinə xx.xx.2020-ci il tarixində icazə verilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrin aparılması Qaydalar”ının tələblərinə əsasən tikintisinə icazə verilən obyekt barədə sənəd və məlumatlar Komitəyə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxs vəzifəli şəxs Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1974-cü ildə Xaçmaz rayonunun Manaf-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar vəzifəsində işləyən, Xaçmaz rayonu Manaf-oba kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1759/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1759/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver