Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-176/2021 17.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, X3 Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 10:20 radələrində Xudat şəhəri, Xudat-Nabran istiqamətindəidarə etdiyi «VAZ-21154» markalı 90 HC-675 dövlət nömrə nişanlı avtomaşınla taksi xidməti göstərərkən qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədləri təqdim etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında X3 Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, Şəxs ona təyin olunmuş cərimə ödənişini etmişdir. X3 Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsi məhkəməyə ərizə və (vəsatət) təqdim edərək materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, material geri qaytarılmalıdır. q ə r a r a a l d ı : Vəsatət təmin olunsun. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə X3 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair material inzibati tənbeh tətbiq edilmədən X3 Xidmətinin Quba Regional Şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-176/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-176/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver