Məhkəmə qərarları › İş №3(067)-1763/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1763/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1763/2022 08.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirak ilə, X1 Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 noyabr 2022-ci il tarixli 01400/3883 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 noyabr 2022-ci il tarixli 01400/3883 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi, hüquqpozma predmetlərinin müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan zaman idarə etdiyim “DAF” markalı 99BE163/99ZK167 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasındakı ön panelin örtüyünün altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 3 ədəd “Versace WR 5ATM VC**********702” markalı, 1 ədəd “Versace WR 5ATM VEDV **********2” markalı, 1 ədəd “Versace WR 5ATM VEHC-k-121812702” markalı, 4 ədəd “Salvatore Ferragamo FQ4-K20016703” markalı, 1 ədəd “Salvatore Ferragamo FQ4- K13041688” markalı qol saatları, 6 ədəd “Samsung 4GB” markalı, 5 ədəd “Kingston 4 GB” markalı, 4 ədəd “Crucila 4GB” markalı, 3 ədəd “Sk Hynix 4 GB” markalı, 3 ədəd “Ramaxel 4GB” markalı, 2 ədəd “hynix 4GB” markalı, 2 ədəd “Transcend 4GB” markalı, 1 ədəd üzərində “ MT18JSF51272AZ- 1G6K1ZE” yazısı olan, 1 ədəd üzərində “MT8JTF51264AZ- 1G6E1” yazısı olan, 1 ədəd üzərində “ F3-10600CL9S-4GB BNT” yazısı olan, 1 ədəd üzərində “CN Memory 4GB” yazısı olan, 1 ədəd üzərində “1X4GB RC3-10666” yazısı olan, 1 ədəd üzərində “4GB PC3-12800CL11-11-11-28” yazısı olan, 1 ədəd üzərində heç bir yazısı olmayan kompyuter üçün yaddaş qurğusu, 1 ədəd üzərində “Seagate 500 GB” yazısı olan kompyuter üçün xarici yaddaş qurğusu aşkar olunmuşdur. Fakt üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən Şimal Ərazi Baş Gömrük İdarəsində araşdırma aparılmış və inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 12740 manat dəyərində malların dəyərinin 50 faizi, yəni 6370 manat məbləğində inzibati cərimə formasında inzibati tənbeh növü tətbiq edilmişdir. Maddi imkanı azlığı səbəbilə qeyd olunan cəriməni ödəyə bilməyəcəyini, həmin malların gömrük rəsmiləşdirilməsini də həyata keçirə bilməyəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq, idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş hüquqpozma predmetlərindən dövləti xeyrinə müsadirə edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şimal Ərazi Baş Gömrük İdarəsinə və qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmiş iş üzrə Azərbaycan Respublikası Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştiarkaları olmadan baxılmasını mükün hesab edir. Belə ki, iş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 noyabr 2022ci il tarixli 01400/3883 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 İXMin 480-ci maddəsi ilə təqsirli bilinib 5662,50 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X7 tərəfindən idarə etdiyi “DAF" markalı 99BE163/99ZK167 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasındakı ön panelin örtüyünün altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 3 ədəd “Versace WR 5ATM VCQ**********02” markalı 1 ədəd “Versace WR 5ATM VEDV **********2” markalı, 1 ədəd “Versace WR 5ATM VEHC-k-121812702” markalı, 4 ədəd “Salvatore Ferraqamo FQ4-K20016703” markalı, 1 ədəd “Salvatore Ferraqamo FQ4-K13041688” markalı qol saatları, 6 ədəd “Samsung 4GB” markalı, 5 ədəd “Kinqston 4 GB” markalı, 4 ədəd “Crucila 4GB” markalı, 3 ədəd "Sk Hvnix 4 GB” markalı, 3 ədəd "Ramaxel 4GB” markalı, 2 ədəd “hvnix 4GB” markalı, 2 ədəd “Transcend 4GB” markalı, 1 ədəd üzərində “ MT18JSF51272AZ-1G6K1ZE” yazısı olan, 1 ədəd üzərində “MT8JTF51264AZ-1G6E1” yazısı olan, 1 ədəd üzərində “ F3-10600CL9S- 4GB BNT” yazısı olan, 1 ədəd üzərində “CN Memory 4GB” yazısı olan, 1 ədəd üzərində “1X4GB PC3-10666” yazısı olan, 1 ədəd üzərində “4GB PC3-12800CL11-11-11-28” yazısı olan, 1 ədəd üzərində heç bir yazısı olmayan kompyuter üçün yaddaş qurğusu, 1 ədəd üzərində “Seagate 500 GB” yazısı olan kompyuter üçün xarici yaddaş qurğusunun gömrük nəzarətindən gizlədilməklə gömrük sərhədindən keçirilməyə cəhd olunmuşdur. Bu barədə 12 noyabr 2022-ci il tarixli 01400/3883 saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də, inzibati tənbehin ağırlaşdırılmasını və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 avqust 2022-ci il tarixli, 01400/3883 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar