Məhkəmə qərarları › İş №3(067)-1767/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1767/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1767/2022 15.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkən şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, V.Xəlilov küçəsi ev 38-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(067)-1388/2019 saylı icra sənədini icra etmir və onun 5060 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(067)- 1388/2019 saylı icra sənədinə əsasən Şəxs 5060 manat məbləğində pul alınaraq X3 verilməlidir. Lakin borclu həmin icra sənədi ilə bağlı iki dəfə inzibati məsuliyyətə cəlb olunsa da, hazıradək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Borclunun əmlak vəziyyəti, digər gəlirlərinin olub-olmaması yoxlanılmış, evinə baxış keçirilmiş, lakin onun adına əmlak müəyyən edilməmiş, gəlir yeri aşkar edilməmiş, evində isə qanunla tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, tələbkara borclu olduğu 5060 manat məbləğində borcu hazıradək ödəməməsinin səbəbi tələbkarın həmin məbləği ondan tam olaraq istəməsi, tələbkarın borcu hissə-hissə verməsinə razı olmaması olmuşdur. Onun isə həmin borcu bir dəfəyə tam olaraq ödəməyə maddi imkanı yoxdur. Lakin o, borcunu hissə-hissə ödəmək istədiyinə dair ərizə ilə müraciət etməmişdir, bunu tələbkara öz aralarında təklif etmişdir. O, tələbkara hər ay 50 manat olmaqla ödəniş edə bilər. Həmçinin bildirmişdir ki, o, subaydır, onun iki qız övladı var, biri ailə qurmuş, digəri isə 16 yaşlı olmaqla onunla birlikdə yaşayır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, borclu hazıradək ona borclu olduğu 5060 manat puldan heç bir məbləğ ödəməmişdir. Borclu ona yazılı şəkildə bildirmişdir ki, hər ay 100 manat ödəyəcəkdir, o, həmin ərizəni icra məmuruna təqdim etmişdir. Lakin o, bununla razılaşmayaraq təklif etmişdir ki, həmin məbləğin heç olmasa yarısını birdəfəlik ödəsin, qalan məbləği isə hissə-hissə ödəsin. Çünki borclu ona çox ziyan vurmuşdur. Belə ki, borclu Şəxs görə o, pensiyasından ayrı-ayrı şəxslərə ümumilikdə 470 manat pul ödəyir. O və əri pensiyaçıdırlar, borcluya görə onların vəziyyəti də ağırlaşmışdır. Borclunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 13 avqust 1975-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar