Məhkəmə qərarları › İş №3(067)-1768/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1768/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1768/2022 24.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X4, Şikayət verən şəxs X5, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X5 Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X7 məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz rayon X9 X16 tərəfindən onun barəsində qəbul olunmuş TP ******* nömrəli 06 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qərarı və 40 (qirx) manat məbləğində cərimə edilməsinə dair qərarın xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Quba-Xaçmaz rayon ərazisinin Xaçmaz şəhərinə daxil olan yolda, yol ikiyə bölünərək yolun orta hissəsinə betondan maniələr qoyulub və Quba rayonundan Xaçmaz şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələri günün axşam vaxtlarına yol nəqliyyat hadisəsi törədirlər. xx.xx.2022-ci il tarixdə ona məxsus Tayota Prius markalı markalı **-TZ- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə hərəkətdə olduğu zaman Quba istiqamətindən gələn yoldan yəni Xaçmaz şəhərinə daxil olan zaman yolun tən ortasında qoyulan beton maneələrin qarşısında heç bir xəbərdar edici yol nişanı olmadan və (havanın qaranlıq olduğuna gəldiyi sürət 40-50 Km saatda olduğu halda avtonəqliyyat vasitəsini tam dayandıra bilməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş verdi. Hadisə yerinə Xaçmaz rayon X9 X11 dövlət avtomobil müfəttişi polis kapitanı X6 gəlmiş və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə onu cərimə etmişdir. Lakin o, yolun əks istiqamətinə çıxmamış, yol nişanı yolda olmadığı üçün və yola nabələd olduğu üçün beton maneələrdən xəbərsiz idi. Siqnal xidməti maneələrin ortasına və yaxud yolun kənarına hər hansısa bir xəbər verici nişan qoysaydı, sözü gedən yol nəqliyyat hadisəsidə baş verməzdi. Belə ki, nticə etibarı ilə ona məxsus Tayota Prius markalı markalı **-TZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə yararsız hala düşmüşdür. Xaçmaz rayon X9 X11 dövlət avtomobil müfəttişi polis kapitanı X6 tərəfindən iş nəzarətə alınıb və işin halların araşdırmadan günahı onda olmadığı halda bir başa onun barəsində İXP ******* nömrəli 31 oktyabr 2022-ci il tarixli Protokol tərtib edərək xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh qərarı çıxarmışdır. Xaçmaz rayon X9 X11 əməkdaşlarına hadisə barədə olduğu kimi dəqiq məlumat versə də, Xaçmaz rayon X9 X11 dövlət avtomobil müfəttişi polis kapitanı X6, onun ziyanına mənasız bir qərar qəbul etmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti verildiyi vaxtdan 10 gün müddətinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qərarın surətini o, xx.xx.2022ci il tarixdə almışdır. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi izahatında göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə baş verib və həmin ərazidə abadlıq işləri aparılır. Sürücü X1 Prius markalı **-TZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə hərəkətdə olduğu zaman Quba rayon istiqamətindən gələn yoldan yəni Xaçmaz şəhərinə daxil olan zaman yolun tən ortasında qoyulan beton maneələrin qarşısında hadisə törətmişdir. Sürücü yolun sağı ilə gəlməli olduğu halda bunu etməmişdir. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan yolda müvafiq nişanlama da olmuşdur. Hadisə yeri ilə bağlı fotoşəkil məhkəməyə təqdim edilmişdir. Qəzadan sonra isə oraya yeni yol nişanı quraşdırılıb. Hətta şikayət verən şəxs mübahisələndirdiyi qərar ilə ona yazılmış cəriməni də tam olaraq ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından müəyyən olunur ki, X7 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 (qırx) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon X9 X13 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 06 noyabr 2022-ci il tarixli qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 Xaçmaz rayon X9 X13 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 06 noyabr 2022-ci il tarixli saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar