Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-177/2023 01.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi ev 41, mənzil 1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Aşağı-Ləyər kəndində X8 məxsus bağ sahəsindən su nasosunu (pompasını), xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Şollar kəndində yaşayan X5 evinin həyətindən 30 manat dəyərində elektrik ləvazimatlarını, bundan başqa o, xx.xx.2022-ci il tarixdə X4 məxsus Xaçmaz rayonu, Xudat şəhərindəki evindən 90 manat dəyərində dərman səpən aparatı, bundan başqa, o, xx.xx.2022-ci il tarixdə X2 məxsus avtomobilin yük yerindən 95 manat dəyərində laqondanı oğurlamaqla xırda talamışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolllarda göstərilən əməlləri törətmişdir. Belə ki, o, həqiqətən də 2022-ci ilin sentyabr, oktyabr və noyabr aylarında dörd şəxsdən müxtəlif əşyaları oğurlamışdır. O, özünü həmin əməlləri törətməkdə təqsirli bilir. Həmçinin bildirmişdir ki, o, hazıradək zərərçəkmişlərə vurduğu ziyanı ödəməmişdir. O, əvvəllər məhkum olunmuşdur. Onun arvadı vəfat etmiş, bacısının şəkər xəstəsidir, onun yanında bir qız övladı da var, bacısına və qızına o baxır. Törətdiyi əməldən peşman olduğunu, bir daha bu kimi hərəkətlər etməyəcəyinə söz verdiyini bildirərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokollardan və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Aşağı-Ləyər kəndində X8 məxsus bağ sahəsindən su nasosunu (pompasını), xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Şollar kəndində yaşayan X5 evinin həyətindən 30 manat dəyərində elektrik ləvazimatlarını, bundan başqa o, xx.xx.2022-ci il tarixdə X4 məxsus Xaçmaz rayonu, Xudat şəhərindəki evindən 90 manat dəyərində dərman səpən aparatı, bundan başqa, o, xx.xx.2022-ci il tarixdə X2 məxsus avtomobilin yük yerindən 95 manat dəyərində laqondanı oğurlamaqla xırda talamışdır. Lakin cinayət işinin başlanması rədd edilmiş və material Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün polis bölməsinə göndərilmişdir. İş materiallarında olan X6 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ondan oğurlanmış qeyd olunan su nasosunun (pompasının) oğurlanması nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ondan oğurlanmış qeyd olunan elektrik ləvazimatlarının oğurlanması nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ondan oğurlanmış qeyd olunan dərman səpən aparatın oğurlanması nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ondan oğurlanmış qeyd olunan laqondanın oğurlanması nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib həmin əməllərinə görə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində həbs növündə inzibati tənbeh növü təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 yanvar 2023-ci il saat 18:20-dən 01 fevral 2023-cü il saat 11:30-dək inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-177/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-177/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver