Məhkəmə qərarları › İş №3(067)-1770/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1770/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1770/2025 03.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X7 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Ağdaş rayon məhkəməsinin 2(014)-1083/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 7920 manat aliment borcunu ödəməyərək Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Ağdaş rayon məhkəməsinin 2(014)-1083/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. İcra sənədi müvafiq olaraq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə məlumat göndərilmişdir. İcra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin sabiq icra məmuru Nizami Şəfiyev tərəfindən icraata başlanmış və daha sonra Vidadi Dadaşov tərəfindən davam etdirilmişdir. Təxminən 03 oktyabr 2025-ci il tarixdən iş onun icraatına verilmişdir. Borclu tərəfindən 2023-cü il tarixədək ödənişlər həyata keçirilsə də, həmin tarixdən sonra ödənişlər edilmişdir. Borclunun yeri məlum olmadığından icra məmuru tərəfindən axtarış barədə qərar qəbul edilərək icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Görülmüş tədbirlər nəticəsində borclu Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsində borclunun izahatı alınmış, inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq təqdim edilmişdir. Hazırkı tarixə borclunun ödənilməmiş 7680 manat aliment borcu təşkil edir. Borclu son iki ay ərzində ödəniş etməməsinin səbəbi olaraq maddi çətinliklərinin olması kimi əsaslandırmışdır. 2026-cı ildən sonra isə 2000-2500 manat ödənişlər edəcəyi ilə bağlı izahatında mövqeyini bildirmişdir. O, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həmin borc məbləği işsizlik səbəbindən yığılmışdır. Tələbkara qeyri-rəsmi formada hissə-hissə olmaqla 1000 dollardan çox ödənişlər edilmiş və tələbkar bir ilin borcuna dair bağışlama verəcəyini bildirmiş, bundan ötəri borc məbləği çoxalmışdır. 2026-cı ilin yanvar ayından sonra 2000- 2500 manat ödənişlər edəcəkdir. Hazırkı vaxtda heç bir ödəniş edə bilmir. Bundan əvvəl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Tələbkar bir ay əvvəl ona məhkəmədə ödənişləri edəcəyi barədə ərizə verəcəti təqdirdə ona zaman verəcəyini bildirmişdir. O. Veysəloğu şirkətinə işə düzələcəyini və fevral ayı ərzində alacaq pullarının olduğunu bildirmişdir. O, barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Ağdaş rayon məhkəməsinin 2(014)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X10 ilə cavabdeh Şəxs arasında Azərbaycan Respublikası Xaçmaz rayon Qeydiyyat şöbəsində qeydə alınmış 26 sentyabr 2012-ci il tarixli 482 saylı nikah qeydi pozulmuşdur. Nikah pozularkən tərəflərin birgə nikahlarından 27 iyun 2013-cü ildə X3 və 15 fevral 2016-cı ildə X8 anası X4 himayəsində saxlanılmışdır. Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, 27 iyun 2013-cü ildə X3 və 15 fevral 2016-cı ildə X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. Şəxs iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. - xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən 2(014)-1083/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 780159/25 nömrəli axtarış elan edilmişdir. - Şəxs xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq” məktubları təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixdə Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından müəyyən edilir ki, son 2 ildir ödəniş etməməsinin səbəbi maddi çətinliklərinin olması olmuş, 3 ilin ödənişi isə ödənilmişdir. Borcu tam ödəyə bilməsə də, 2026-cı ilin yanvar ayının sonundan başlayaraq 2000-2500 manat civarında pul ödənişi edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1986-cı ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar