Məhkəmə qərarları › İş №3(067)-1776/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1776/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1776/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Şabran rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 16 oktyabr 2022-ci il tarixdə saat 10:15 radələrində NA- 3439 bort nömrəli üzmə vasitəsilə Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 3 kq 500 qram olan 01 ədəd “Xəzər qızıl balığı” cinsli balıqları ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasnın Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlək Kabinetinin 2017-ci il 2 iyun tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Baş Prokurorluöunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 16 oktyabr 2022-ci il tarixdə saat 10:15-də NA-3439 bort nömrəli üzmə vasitəsilə, Xəzər dənizdən 1 ədəd qızıl balıq ovlayıb sahilə çıxarkən sərhədçilər tərəfindən saxlanılmış və keçirilmiş baxış zamanı 3 kq 500 qram olan 01 ədəd “Xəzər qızıl balığı” cinsli balıq ovladığı müəyyən edilmişdir. Törətmiş inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirir və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:15 radələrində Nabran SNB-nin xidməti ərazisinin sağ cinahı 107-ci yanalma körpüsündə ÜVR sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı leytenant Ceyhun Qaçayev tərəfindən rejim sularından qayıdan NA-3439 bort nömrəli üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsindən 1 (bir) ədəd ovlanması qadağan olunmuş Xəzər qızıl balığı (bütöv qarnı yarılmamış) aşkar edilmişdir. Ovlanması qadağan olunmuş balığı ovlayan şəxslərin- Şabran rayon sakini xx.xx.1979-cu il təvəllüdlü X3 (ŞA/ AA 2954893) və Siyəzən rayon sakini xx.xx.1988-ci il təvəllüdlü Şəxs (ŞA/ AZE ********) olduqları müəyyən olunmuşdur. Saat 11:30-da akta əsasən aşkar olunmuş balıq araşdırma məqsədilə ərazidən götürülərək X2 regional şöbəsinin soyuducusuna yerləşdirilmişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, 16 oktyabr 2022-ci il tarixdə saat 10:15 radələrində Nabran SNB-nin xidməti ərazisinin sağ cinahı 107-ci yanalma körpüsündə ÜVR sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı leytenant Ceyhun Qaçayev tərəfindən rejim sularından qayıdan NA-3439 bort nömrəli üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsindən 1(bir) ədəd ovlanması qadağan olunmuş Xəzər qızıl balığı (bütöv qarnı yarılmamış) aşkar edilmişdir. Ovlanması qadağan olunmuş balığı ovlayan şəxslərin Şabran rayon sakini xx.xx.1979-cu il təvəllüdlü X3 (ŞA/ AA 2954893) və Siyəzən rayon sakini xx.xx.1988-ci il təvəllüdlü Şəxs (ŞA/ AZE ********) olduqlarımüəyyən olunmuşdur. Araşdırma üçün vətəndaşlar SNB-yə dəvət olunmuşdur. Buna baxmayaraq, vətəndaşlar müxtəlif bəhanələr gətirmiş, SNB-yə gələrək izahat verməkdən və akta imza etməkdən imtina etmişlər. Bu səbəbdən vətəndaşlar birtərəfli qaydada sənədləşdirilmişdir. Aşkar olunmuş balıq SNB-yə gətirilmiş, balığın çəkisinin 3 kq 500 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş balıq saat 11:30-da 8 nömrəli aktla götürülərək X2 regional şöbəsinin soyuducusuna yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 1 ədəd “Xəzər qızıl balığı” cinsli balığı Şəxs 16 oktyabr 2022-ci il tarixdə NA-3439 bort nömrəli üzmə vasitəsində Xaçmaz rayonundan Xəzər dənizinə daxil olaraq ovlamışdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın 4.5-ci bəndinə görə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət- 1 ədəd NA-3439 bort nömrəli üzmə vasitəsi müsadirə edilməklə aşağı həddə yaxın cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın törədilməsində istifadə olunan alət- 1 ədəd NA-3439 bort nömrəli üzmə vasitəsi müsadirə edilməklə 800 (səkkiz yüz) manat miqdarında cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quıliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar