Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-178/2023 01.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Mehrəli-qışlaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 01 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(067)-1715/2018 saylı icra vərəqəsinə əsasən 27 sentyabr 2013-cü-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 154 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 izahatında bildirdi ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(067)-1715/2018 saylı icra vərəqəsinə əsasən 27 sentyabr 2013-cü-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 154 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. İcra vərəqəsinin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu X3 müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və təkrar icra çağırışlarına gəlməkdən yayındığından, həmçinin şəxsin yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış elan edilməsi bağlı qərar qəbul edilərək polis şöbəsinə göndərilmiş və həmin axtarış əsasında o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borclu axırıncı dəfə tələbkara aliment üzrə yaranmış borcdan 5210 manat ödəniş etmişdir. Hazırda onun aliment üzrə yaranmış borcu 3414 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, ondan Xaçmaz rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(067)- 1715/2018 saylı icra vərəqəsinə əsasən 27 sentyabr 2013-cü-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 154 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməsi təmin olunmalıdır. O, uzun müddət işi bağlı Rusiya Federasiyasında yaşamış, lakin yoldaşı və azyaşlı uşağı burda, yəni Xaçmaz rayonunda qalmışdır. Onun yoldaşının ondan boşanması ilə bağlı xəbəri olmamışdır. Onun bu barədə xəbəri X1yıdan zaman hava limanında saxlanıdığı zaman olmuşdur. Belə ki, o, saxlanıldığı zaman ona barəsində ölkədən çıxışına qadağa qoyulduğu bildirilmişdir. Bundan sonra o, həmin qadağanın götürülməsi üçün aliment üzrə yaranmış borcundan 4000 manat ödəniş etdikdən sonra onun hazırki aliment üzrə qalıq borcu 3414 manat təşkil edir. O, həmin borcdan hazırda tələbkara 400 manat ödəyə biləcəyini qalan borcunu da iki ay müddətində ödəyəcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(067)- 1715/2018 saylı icra vərəqəsinə əsasən 27 sentyabr 2013-cü-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 154 manat məbləğində aliment tutularaq ona verilməsi təmin olunmalıdır. Yaranmış borcun tələbi ilə bağlı dəflərlə müraciət etmiş, lakin borclu indiyədək ona olan aliment üzrə ödənişlərini tam etməmişdir. Bununla da borclunun ona 3414 (üç min dörd yüz on dörd) manat aliment borcu yaranmışdır. Borclu ona 4000 manat pul ödəmiş, hazırda borcluya vaxt verilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 01 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İcra haqqında qanununun 10-cu maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-178/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-178/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver