Məhkəmə qərarları › İş №3(067)-1787/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1787/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1787/2022 16.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkən şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Tomris küçəsi ev 4-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(067)-190/2021 saylı icra sənədinə əsasən yaranmış 2590 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(067)-190/2021 saylı icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 85 manat, cəmi 170 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. Borclu hazıradək cəmi 300 manat ödəmiş, 2590 manat aliment borcunu isə ödəmir. Borclunun əmlak vəziyyəti, iş yeri olub-olmaması araşdırılmış, lakin onun adına amlak və iş yeri müəyyən edilməmişdir. O, tələbkar borcu tələb etdiyindən borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, borclu ilə nikahlarından olan hər iki uşaq onun himayəsində, yanındadır və borcludan iki uşağın saxlanılması üçün hər ay cəmi 170 manat aliment alınmalıdır. O, alimentin miqdarının artırılmasını tələb etməmişdir, lakin borclu hər uşağa verməli olduğu 85 manat alimenti ödəmir. Borclu hazıradək cəmi 300 manat aliment ödəyib. Həmçinin bildirmişdir ki, borclu anası ilə birlikdə mərkəzi bazarda parça satışı ilə məşğuldurlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, borclu ilə nikahlarından olan hər iki uşaq tələbkarın yanında yaşayır. O, iş yeri olmadığına görə alimenti ödəyə bilmir. Həmçinin bildirmişdir ki, orta təhsillidir, ona uyğun iş yerlərində əmək haqqı təxminən iki yüz manat olduğundan o, işləmir. Belə ki, o, hımin məbləğdə əmək haqqından aliment ödəyərsə, onun özünün dolanışığı üçün məbləğ qalmır. O, valideynləri ilə birlikdə, sonuncuların evində yaşayır. Anası ilə mərkəzi bazarda parça satışı ilə anası məşğul olur, o da anasına hərdən köməklik edir, beş-on manat gəliri olur. Bundan sonra hər həftə əlli manat olmaqla tələbkara aliment borcundan ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1995-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar