Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-180/2021 26.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Xaçmaz rayon məhkəməsinin icraatına X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət aidiyyatı üzrə göndərilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə karantin qaydalarını pozduğuna görə Xaçmaz rayon YPX inspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan çıxarılmış və o, 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayət ərizəsində göstərildiyi kimi ərizəçi Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məcəllənin 129.4-cü maddəsinə görə şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Belə olan halda, X1 şikayətinə Quba rayon məhkəməsində baxılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Quba rayon məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-180/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-180/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver