Məhkəmə qərarları › İş №3(067)-181/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-181/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-181/2023 02.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Hüseyinov Anar Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkən şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Quba rayonunun Girdah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Niyazoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(067)-520/2018 saylı icra sənədi üzrə 1455 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(067)-520/2018 saylı icra sənədinə əsasən Şəxs 27 dekabr 2017-ci ildən hesablanmaqla bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat miqdarında aliment tutularaq X2 verilməlidir. Borclu tərəfindən bu günədək ödənişlər edilmiş, lakin onun 1455 manat aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində bundan əvvəl, 2020-ci ildə İXM-nin 528.1-ci maddəsi ilə cərimə inzibati tənbehi tətbiq edilmişdir. Tələbkar yaranmış aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, hər ay zərərçəkmişə aliment ödənişləri etmiş, bir müddət xəstə olduğundan aliment ödəyə bilməmiş, hazırda onun 1455 manat aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, o, yenidən ailə qurmağa hazırlaşır. Əlavə olaraq bildirmişdir ki, həbs olunmaqla zərərçəkmişə aliment ödəyə bilməyəcəkdir, o, azadlıqda qalmalıdır ki, işləyərək aliment ödəsin. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin 1455 manat aliment borcu vardır. O, həmin məbləğdə aliment borcunun alınaraq ona birdəfəyə verilməsini tələb edir. Həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu ödəmirsə, həbs edilməsini xahiş etmişdir. uşağa qeyd olunan üç il müddətində borclu deyil, onun öz atası baxmışdır. Sonra isə borclu uşağı gəzdirmək adı ilə götürüb aparmış, lakin geri qaytarmamışdır. O, uşağın ona qaytarılmasını borcludan tələb etmiş, o, dəfələrlə bu barədə 102 xidmətinə zəng etmişdir. Həmçinin bildirmişdir ki, onunla borclunun arasında uşağın sonuncunun yanında qalması və onun da buna görə alimentdən imtina etməsi barədə hər hansı razılıqları olmamışdır. O, aliment borcunu tələb edir. Borclu yaranmış aliment borcunu tam olaraq ödəmirsə, həbs olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(067)-520/2018 saylı icra sənədinə əsasən Şəxs 27 dekabr 2017-ci ildən hesablanmaqla bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat miqdarında aliment tutularaq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1972-ci ildə Quba rayonunun Girdah kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar