Məhkəmə qərarları › İş №3(067)-1811/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1811/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1811/2022 06.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndələri X1 və X4 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs MMC-nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Şəxs MMC-nin istifadəsində olan “FORD TRANSİT” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 11:19-da idarə edilərkən sürücüsü tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmaqla İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-yə istifadəsində olan “FORD TRANSİT” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs haqqında məlumatın təqdim edilməsi üçün onun tərəfindən həmin MMC-yə poçt vəsitəsilə sorğu göndərilmiş, sorğu həmin MMC-nin mühafizəçisi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Qeyd olunan tarixdən hazıradək həmin MMC tərəfindən sorğuya cavab verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndələri izahatlarında bildirmişlər ki, onlara qeyd olunan sorğu təqdim edilməmiş, onların həmin sorğu barədə heç bir məlumatları olmamış, sorğunun Şəxs MMC-də mühafizəçi işləyən Vasif Ağabalayev tərəfindən qəbul edilməsindən məlumatı olmamış, o, həmin mühafizəçidən bu barədə soruşmuş, sonuncu isə sorğunun ona təqdim edilmədiyini, bu barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, sorğunu qəbul etmiş mühafizəçi Vasif Ağabalayevin həmin MMC-nin rəsmi işçisidir, lakin mühafizəçi tərəfindən onlara sorğu barədə heç nə bildirilməmiş, sorğunun həmin MMC-nin dəftərxanasına təqdim edilməli olduğunu hesab edir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahat (ifadə) vermiş şahid X2 bildirdi ki, o, Şəxs MMC-də mühafizəçi işləyir. Sorğu məktubunu ona təqdim etmiş poçtalyon onunla qonşuluqda yaşayır. Həmin poçtalyon sorğu məktubunu gətirərək onların evinə vermişdir ki, o, işə, yəni həmin MMC-yə gedəndə aparıb verər. Lakin o, iş növbəsinə iki gün sonra getdiyinidə həmin məktubu özü ilə aparmağı unutmuş, evdə azyaşlı nəvələri həmin məktubu cıraraq məhv etmişlər. Həmçinin bildirmişdir ki, iş materiallarında olan poçt xəbərnaməsindəki imza ona məxsusdur, sözügedən sorğu məktubunu şəxsən özü qəbul edərək xəbərnaməni imzalamışdır. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, “FORD TRANSİT” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 11:19-da, Bakı-Quba yolunun 78-ci km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin DYP veb-portalından çıxarışdan görünür ki, “FORD TRANSİT” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxs MMC-dir. İş materiallarında olan sorğudan və poçt xəbərnaməsindən görünür ki, “FORD TRANSİT” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan hüquqi şəxs Şəxs MMC-yə həmin avtomobili xx.xx.2022-ci il tarixdə, saat 11:19-da idarə etmiş fiziki şəxsin barəsində məlumatın verilməsinə dair sorğu göndərilmiş, həmin sorğu 24 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar