Məhkəmə qərarları › İş №3(067)-1815/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1815/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1815/2025 09.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə tələb olunan Xaçmaz rayon məhkəməsinin 2(067)-205/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-205/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində, yəni bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat məbləğində aliment tutularaq X10 ödənilməlidir. Həmçinin eskpertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı tələbkar X5, 50 manatı isə borclu Şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi təmin olunmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2025-ci ildə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Sentyabr ayında tələbkar tərəfindən borclunun 4800 manat məbləğində aliment borcu olması və borcundan heç bir ödəniş etməməsi barədə ərizəsi İcra Şöbəsinə daxil olmuşdur. Bu günə qədər borclu tərəfindən aliment ödənişi edilməmiş, hazırda 5600 manat məbləğində aliment borcu vardır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində məcburi gətirilməsi ilə bağlı Xaçmaz RPŞ-nə müraciət olunmuş, borclu bu gün polis əməkdaşları tərəfindən Xaçmaz rayon İcra və probasiya Şöbəsinə təhvil verilmişdir. Borclunun izahatı alınmış, müalicə alması ilə bağlı sənədlər təqdim etmişdir. Borclunun bildirdiyinə görə xəstəliyi ilə əlaqədar pensiya alması üçün sənədləri toplayır. Lakin hazırda borclunun təqaüd alması ilə bağlı hər hansı məlumat yoxdur. Tələbkar aliment borcunun ödənilməsini tələb etmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. O, 2014-cü ildə ailə qurmuşdur. Neçə illərdir ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Bu günədək aliment ödənişi etməmişdir. Ona uşaqlarla görüş verməmişlər. Belə ki, o, uşaqlarla görüşməyə getdiyi zaman uşaqlar onunla görüşmək istəməmişlər. O, uşaqlarının onunla görüşməmələri üçün öyrədildiklərini düşünür. Hazırda xəstəliyi ilə əlaqədar işləmir, anasının pensiyası ilə dolanır. Xəstəliyi ilə əlaqədar nevropatoloqun qeydiyyatındadır, müalicə alır. Həmçinin anası xəstədir, anasına o, qulluq edir. Ona səhhəti ilə əlaqədar əlillik təyin olunacaqdır. Pensiya aldıqda aliment borcundan ödəniş edəcəkdir. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunarsa cəriməni ödəyə bilməyəcəkdir. Xarici ölkədə yaşayan bacısı hər ay tələbkara 600 manat pul göndərmişdir. Həmçinin sentyabr ayında da ödəniş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 09 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X3 barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-205/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 20 may 2011 -ci il təvəllüdlü X3 və 07 avqust 2012-ci il təvəllüdlü X11 iddiaçı X7 himayəsində saxlanılsın. 30 avqust 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 20 may 2011-ci il təvəllüdlü X2 və 07 avqust 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı X7 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli (hər bir uşağa görə) həddində sabit pul məbləğində aliment tutulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı iddiaçı X5, 50 manatı isə cavabdeh Şəxs alınaraq X9, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİKCTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən mülkiyyətində hər hansı əmlak və ya gəlir məlumatları olmadığı müəyyən olunmuşdur. - İş materiallarında olan tibbi sənədlərdən müəyyən edilir ki, Şəxs “Ensefalopatiya gərginlik tipli baş ağrısı, qarışıq həyəcan və depressiv pozuntularla. “Davranış pozğunluğu” diaqnozu ilə müayinə olunması üçün Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, borcun məbləğini və icra məmurunun müəyyən tədbirlər görməsinə baxmayaraq, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: 23 may 2003-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2025-ci il tarixdən, saat 12:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar