Məhkəmə qərarları › İş №3(067)-1818/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1818/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1818/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X2, qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru Nümayəndə iştirakları ilə, X4 tərəfindən Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP_7584462 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz RPŞnin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP_7584462 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində saat 14:4.5-də Yol patrul xidməti heç bir qanuni əsas olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə inzibati protokol tərtib olunaraq 40 manat inzibati cərimə olunmuşdur. Həmin vaxt hadisə baş vermiş və onu arxadan vuran **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildə günah olmasına baxmayaraq günahı onun üzərinə yıxmaq üçün göstərilən qanunsuz qərar qəbul edilmişdir. Lakin yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük, daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və X10 Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə törədilən xətaya görə tərib edilməlidir. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barədə ona heç bir sübut göstərilməmiş və o həmin inzibati xətanı törətməmişdir. Hadisənin video görüntüsü onda var və həmin video görüntünü DYP-nə təqdim etsə də həmin video görüntüyə düzgün hüquqi qiymət verilməmişdir. Həmin video görüntü məhkəməyə təqdim ediləcəkdir. Həmçinin həmin təlimatın 13.1-ci maddəsinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Təlimatın 13.9-cu maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir. Lakin polis sıravisi təlimatın tələblərini kobud şəkildə pozmuşdur. Qərar ona çox saylı şikayətlərindən sonra rəsmi qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir. Bu barədə qərarın üzərində möhürlə təsdiq edilmiş qeyd var. Göstərilənlərə əsasən Xaçmaz DYPB-nin İXP7517753 saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında yazılmış TP7584462 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “DAEWOO NEXİA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə etdiyi avtomobillə hərəkətdə olan zaman arxadan sürətlə gələn “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobil sola dönmə siqnalına əməl etmədən ötmə əməliyyatı etmiş, qəza baş vermiş və avtomobil aşmışdır. Hadisə zamanı YPX-ni gözləmələrinə baxmayaraq, polis əməkdaşları hadisə yerinə gəlməmişdir. Səhəri gün Polis Şöbəsinə dəvət edilmişlər və sonradan telefonuna 40 manat məbləğində cərimə edilməsinə dair SMS bildirişi gəlmişdir. Baş vermiş hadisədə özünü təqsirli bilmir və cərimənin hansı səbəbdən yazıldığı barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 14:45 radələrində Əfqan Ramazanov etibarnamə ilə idarə etdiyi “DAEWOO NEXİA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olan zaman “Bazar yolu” deyilən ərazidə yanacaq doldurma məntəqəsinə az bir məsafədə sola manevr edərkən arxadan gələn nəqliyyat vasitəsinə yol verməmiş, toqquşma baş vermiş və “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobil aşmışdır. Hadisə ilə bağlı hər iki sürücünün izahatı alınıb, İXM-nin 327-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Şikayətçi törətdiyi xətanı etiraf edib, razılaşdığı halda sonradan çıxıb getmişdir. X5 42-ci maddənin 5-ci bəndində göstərilmişdir ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtdə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bu maddənin 1-ci bəndində qeyd olunub ki, sürücü hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən dayanmazdan əvvəl xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda əl işarələri ilə manevr etməli, bu zaman manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçılarına mane yaratmamalıdır. Videogörüntüdə baş vermiş yolnəqliyyat hadisəsi əks olunur. O, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP_7584462 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “DAEWOO NEXİA” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə olunmuşdur. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən müəyyən edilir ki, X8 mülkiyyətində olan “DAEWOO NEXİA” minik markalı, ** UZ *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, sedan tipli nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X3 etibar edilmişdir. - “DAEWOO NEXİA” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 və “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 müayinəsi zamanı alkoqolun miqdarı müəyyən edilməmişdir. - Yol-nəqliyyat hadisəsi sxemindən X4 “DAEWOO NEXİA” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. - X2 Xaçmaz RPŞ-yə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində, saat təxminən 14:45 radələrində etibarnamə ilə idarə etdiyi “DAEWOO NEXİA” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmət Qayıbov küçəsində hərəkətdə olan zaman sola manevr edərkən arxadan gələn “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, Niva markalı avtomobil zərbədən yolun hərəkət hissəsinə aşmışdır. Hadisə nəticəsində o xəsarət almamışdır. - X7 Xaçmaz RPŞ-yə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində, saat təxminən 14:45 radələrində özünə məxsus “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olan zaman ötmə əməliyyatı edən zaman ondan sağda olan “DAEWOO NEXİA” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil sola qəfil manevr edərək onun avtomobilinin sağ tərəfindən vurmuş və o idarə etməni itirərək yolun hərəkət hissəsinə aşmışdır. Həmin vaxt avtomobildə tək olmuşdur və xəsarət almamışdır. Əlavə olaraq məhkəmə iclas zalında qərarından şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş video diskə baxış keçirilən zaman görüntülərdə “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobilin ötmə əməliyyatı edərkən, sola dönmə manevri edən “DAEWOO NEXİA” markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşduğu və nəticədə “VAZ 21214” markalı, **-TE-*** dövlət nömrə nişanlı avtomobilin aşması müşahidə olunur. “X10” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddə: 7) yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); 42-ci maddə: İ. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİ. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. İV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Vİ. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Vİİ. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Vİİİ. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. İX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Xİ. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. 43) yol-nəqliyyat hadisəsi -yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “https://eqanun.az/framework/3423X10” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasında qeyd olunmuş əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Yuxarıda qeyd olunanları və məhkəməyə təqdim olunmuş qayda pozuntusunu əks etdirən videogörüntünü nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X2 barəsində Xaçmaz RPŞ-nin DYPB-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP_7584462 nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X2 Xaçmaz RPŞ-nin DYPB-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP_7584462 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar