Məhkəmə qərarları › İş №3(067)-1820/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1820/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1820/2022 21.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Xaçmaz rayonunun Ağaşirinoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Ağaşirinoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(067)-1952/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 26 oktyabr 2010-cu il təvəllüdlü X3 və 26 sentyabr 2017ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 130 manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində sabit pul şəklində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(067)- 1952/2021 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(067)-1952/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 26 oktyabr 2010-cu il təvəllüdlü X3 və 26 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 130 manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində sabit pul şəklində alimentin tutularaq X5 verilməsi təmin edilməlidir. İcra vərəqəsinin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun 4160 (dörd min yüz altmış) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı qismən etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(067)- 1952/2021 saylı qətnaməsinə əsasən ondan 26 oktyabr 2010-cu il təvəllüdlü X3 və 26 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 130 manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində sabit pul şəklində alimentin tutularaq X5 verilməsi təmin edilməlidir. Lakin o, tələbkarla belə bir razılığa gəlmişdir ki, məhkəmə qətnaməsindən sonra özünə məxsus evi satmaqla əldə olunacaq qazancı uşaqlara olan aliment borcunu verəcək. Daha sonra, böyük oğlu onun yanına gəlmiş və hal-hazırda da, onun yanında qalır. Bu səbəbdən də, alimenti ödəmir, ona görə ki, bir uşaq ondadır, biri isə tələbkarda. Buna görə də o, uşaq tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia üzrə iş hakim Vüsalə Qasımovanın icraatındadır. Qeyd olunanları və birinci dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar X7 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(067)-1952/2021 saylı qətnaməsinə əsasən Şəxs 26 oktyabr 2010-cu il təvəllüdlü X3 və 26 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 130 manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində sabit pul şəklində alimentin tutularaq ona verilməsi təmin edilməlidir. Məhkəmə qətanməsindən sonra borclu Şəxs onunla əlaqə saxlayaraq özünə məxsus evi sataraq əldə olunacaq məbləğin tam yarı hissəsini uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün ona verəcəyini bildirdiyindən o, borcu ilə şifahi razılaşmış və borcluya qarşı aliment borcu ilə bağlı müraciət etməmişdir. Uşaqların hər ikisi ilə borcluya görüşmək üçün icazə vermişdir, yəni məhkəmə qətnaməsi üzrə üzərinə düşən borcunu yerinə yetirmişdir. Lakin buna baxmayaraq borclu onun etibarından istifadə edərək böyük oğlunu özü ilə aparıb yanında saxlayaraq, bir daha ona qaytarmamışdır. Buna görə də o, borc tələbi ilə bağlı rayon icra şöbəsinə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq borclu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 21 noyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar