Məhkəmə qərarları › İş №3(067)-1824/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1824/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1824/2022 22.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş 3(067)-1823/2022 və 3(067)- 1824/2022 saylı inzibati xəta haqqında işlərin bir icraatda birləşdirilərək eyni vaxtda baxılması məsələsinə baxaraq, müəyyənetdim: İcraatıma Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 3(067)-1823/2022 və 3(067)-1824/2022 saylı inzibati xəta haqqında işlər daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan müəyyən olunur ki, hər iki inzibati xətalar Şəxs tərəfindən törədilib və belə olan halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qeyd olunan işlər bir icraatda birləşdirilərək, eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də hesab edirəm ki, icraatımda olan 3(067)-1823/2022 və 3(067)- 1824/2022 saylı inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək, eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: İcraatımda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş 3(067)- 1823/2022 saylı inzibati xəta haqqında iş icraatımda olan 3(067)-1823/2022 saylı işə birləşdirilsin və 3(067)-1824/2022 saylı işin icraatına xitam verilsin. Hakim Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar