Məhkəmə qərarları › İş №3(067)-1825/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1825/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1825/2022 22.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 20 noyabr 2022-ci il tarixdə, Xaçmaz rayonunun Qusarçay kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Xaçmaz RPŞ İTB-nin polis sahə nəfəri, polis serjantı Mətin Şəhriyev və həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəlliki Hikmət Kərimov ilə birlikdə Xaçmaz rayonunun Qusarçay kəndində xidmətdə olarkən Xaçmaz rayonu, Qusarçay kəndində baş vermiş oğurluq hadisələrində şübhəli bilinən Şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onlarla birlikdə Xaçmaz RPŞ-yə getməli olduğunu demişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onlarla Xaçmaz RPŞ-yə getməyəcəyini söyləmişdir. Buna görə də Şəxs polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, Xaçmaz rayonunun Qusarçay kəndində yaşayır. Polis əməkdaşları həmin kənddə ona yaxınlaşaraq oğurluq etməsində şübhəli olduğunu bildirərək onlarla Xaçmaz RPŞ-yə getməli olduğunu bildirmişlər. O isə polis əməkdaşlarına oğurluq etmədiyini bildirmişdir. Daha sonra o, polisin avtomobilinə əyləşərək Xaçmaz RPŞ-yə gətirilmiş və onu polis şöbəsində iki gün saxlamışlar. Polisin tələbinə tabe olmadığına görə peşmandır. Həmçinin bildirmişdir ki, onun iki uşağı var. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarından müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 20 noyabr 2022-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1988-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2022ci il saat 18:00-dan xx.xx.2022-ci il saat 17:45-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən (inzibati qaydada tutulmadan) azad edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar