Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1825/2025 12.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonu, Köhnə-Xudat kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(067)-2226/2025 saylı icra sənədinə əsasən 04 iyun 2025-ci il tarixdən başlayaraq 06 yanvar 2014-cü il təvəllüdlü X4, 10 mart 2018-ci il təvəllüdlü X5 və 06 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün cavabdeh Şəxs Elamr oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli (hər bir uşaq üçün) məbləğində aliment tutularaq verilməsi qət edilərək icra yönəldilmiş, lakin buna baxmayaraq borclu tələbi qərəzli olaraq icra etməmiş və Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra məmurunun qanuni tələblərini icra etməmişdir. Hazırda 3200 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə ifadə verərək bildirdi ki, Xaçmaz rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(067)-2226/2025 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay üç uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0.5 misli həddində yəni 200 manat olmaqla cəmi 600 manat məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Həmçinin həmin icra vərəqəsinə əsasən borclu Şəxs mediasiya prosesi ilə bağlı ödənilmiş 30 manat məbləğində pul tutularaq tələbkar X3 verilməlidir və borclu Şəxs 92 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi təmin olunmalıdır. İcra sənədi 8 sentyabr 2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və tərəfimdən qanunamüvafiq olaraq icraata başlamaq haqqında tərəflərə məlumat göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu şəxs sms bildiriş vasitəsilə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış, məhkəmə qərarının icrasının vacibliyi nəzərinə çatdırılmış, həmçinin tələbkarın həmin dövrə qədər təqdim etdiyi aliment kartı ilə bağlı hesab özünə təqdim olunmuşdur. Lakin əfsuslar olsun bu günə qədər həmçinin icraat prosesi dövründə 22 oktyabr 2025-ci il tarixdə tələbkar ərizə ilə rayon İcra Şöbəsinə müraciət edərək həmin dövrə, yəni 22 oktyabr tarixinə 2200 manat aliment borcunun yarandığını və aliment borcunun ödənilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı müraciət etmiş, çağırışlardan yəni icra məmurunun çağırışlarına gəlmədiyi üçün borclunun məcburi gətirilməsi ilə bağlı rayon Polis Şöbəsinə müraciət olunmuş, görülmüş tədbirlər nəticəsində borclu bu gün İcra Şöbəsinə yaxınlaşmış, bu gün ki, dövrə yaranmış 3200 manat aliment borcu ilə bağlı izahatı alınmış, xəbərdarlıq təqdim olunmuş, bu icraat dövründə vətəndaş ümumi cüzi məbləğdə 200 manat məbləğində aliment ödənişi həyata keçirmişdir və icra məmurunun qanuni tələblərinə yetirmədiyi üçün və icra sənədinin qərəzli olaraq icra etmədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilmişdir. Həmçinin icra məmuru xüsusilə vurğulayaraq bildirmişdir ki, nahar fasiləsi ərəfəsində gözləmə zalında, rayon məhkəməsinin gözləmə zalında öncədən hər iki tərəfə qabaqcadan xəbərdarlıq və məlumat verilməsinə baxmayaraq ki, yəni ki, video çəkiliş və səs yazışması gedir Şəxs müzakirə mərhələsində tələbkar xanıma əl hərəkətləri ilə şiddət göstərmişdir. Bununla bağlı dərhal rayon məhkəməsinə məlumat verilmiş və vətəndaşın gördüyü əməl barəsində hüquqi nəticə ilə nəticələnən müvafiq tədbir görüləcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, uşağa görə ona ümumilikdə 600 manat məbləğində aliment kəsilib, olan olmayan bir maşını var o, həmin maşın ilə işləyərək qazanc əldə edir. Himayəsində xəstə anası var ona da o, özü baxır. Rəsmi iş yeri yoxdur, güclə dolanır ona görə də aliment ödəyə bilməmişdir. Sədrlik edən məhkəmədə Şəxs xanımı nəyə görə vurduğunu soruşduqda, o bildirmişdir ki tələbkarın onun ünvanına nalayiq ifadələr işlətmiş buna görə də Zərərçəkmiş şəxs vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, kirayədə qalmaqla himayəsində ki, uşaqları çətinliklə saxlayır, uşaqları saxlamaq üçün ona anası pensiyası ilə, bacısı və qardaşı isə əlindən gələn köməkliyi edirlər. Uşaqlar balaca olduğu üçün onları qoyub işləyə bilmir. Borclu ona hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 200 manat ödəməli olduğu halda üç ay ərzində hər ay 200 manat olmaqla cəmi 600 manat ödəniş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nahar fasiləsi zamanı Şəxs onunla mübahisə etmiş və məhkəmənin gözləmə zalında ona qarşı şiddət göstərmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 10 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarına əlavə edilmiş tələbkar X2 12 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs barəsində tərtib etmiş inzibati protokol üzrə işə baxılması ilə əlaqədar Xaçmaz rayon məhkəməsinin gözləmə zalında gözlədiyi zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək onu vurmuşdur. İş materiallarına əlavə edilmiş 12 dekabr 2025-ci il tarixli aktdan görünür ki, 12 dekabr 2025-ci il tarixdə aliment tələbi üzrə icra sənədi əsasında barəsində məhkəməyə inzibati protokol verilmiş Şəxs məhkəmənin gözləmə otağında saat 14 radələrində tələbkar- keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs söyüb təhqir etmiş və üstünə hücum çəkərək xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin məktubdan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş şəxsi münasibətlər zəmnindəki mübahisə ilə bağlı tərtib edilmiş akt, Zərərçəkmiş şəxs ərizəsi və iş üzrə gözləmə zalında yerləşdirilmiş video müşahidə kamerasının görüntüləri əks etdirən bir ədəd disk baxılması və tədbir görülməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş üç uşağın saxlanması üçün hər ay hər uşağa görə 200 manat aliment məbləğini ödəməli olduğu halda, həmin məbləği tələbkara ödəməməklə icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 12 dekabr 2025-ci il tarixdən saat 14:15-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1825/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1825/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver