Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1826/2022 06.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X2, Şəxs MMC-nin nümayəndəsi X3, Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs (VÖEN **********) ixrac gömkük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə xx.xx.2022-ci il tarixli **********5059 saylı gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarmalı olan 450.00 ABŞ dolları vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin edilməmişdir. Bununla da, Şəxs MMC konsiqnasiya yolu ilə ixrac etdiyi malın müqabilində vəsaitin xaricdən qaytarılmamasına görə hüquqpozma faktı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, protokol əsassızdır. Məhkəmə iclasında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, Şəxs (VÖEN **********) ixrac gömkük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə xx.xx.2022-ci il tarixli **********5059 saylı gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarmalı olan 450.00 ABŞ dolları vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin edilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 450 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 135 ABŞ dolları məbləğində (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1826/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1826/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver