Məhkəmə qərarları › İş №3(067)-1828/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1828/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1828/2022 08.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə, Şimal Ərazi Bas Gömrük İdarəsi, “Yalama” gömrük postunda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Rusiya Federasiyası, Moskva səhəri, Şukino küçəsi, Marşal Malinovskovo ev 6, mənzil 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-yə meyvə yükünün 29082823 nömrə nişanlı vaqonla ixrac edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, **********9687 sorğu nömrəli ixrac gömrük bəyannaməsi təqdim edilmişdir. Mal-müşayiət sənədlərində göstərilənlərlə vaqonda olan faktiki yükü eyniləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən 29082823 nömrəli vaqon yoxlanılmış və yoxlama zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********9687 sorğu nömrəli gömrük bəyannaməsində meyvə yüklərinin yer sayı ümumilikdə 5538, çəkisi isə 40200 kq göstərilsə də, 29082823 nömrəli vaqonda olan faktiki yükün yer sayının 5974, çəkisinin isə 44560 kq olduğu müəyyən edilmişdir. Şəxs MMC-yə və Dövlət Gömrük Komitəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli gömrük bəyannaməsindən və “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə mal-müşayiət sənədlərində göstərilənlərlə vaqonda olan faktiki yükü eyniləşdirmək məqsədi ilə 29082823 nömrəli vaqon Şəxs MMC-nin nümayəndəsinin də iştirakı ilə yoxlanılmış və Şəxs MMC tərəfindən təqdim edilmiş 21 oktyabr 2022-ci il tarixli, **********9687 sorğu nömrəli gömrük bəyannaməsində meyvə yüklərinin yer sayı ümumilikdə 5538, çəkisi isə 40200 kq göstərilsə də, 29082823 nömrəli vaqonda olan faktiki yükün yer sayının 5974, çəkisinin isə 44560 kq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X1-sual edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, nümayəndə bildirmişdir ki, vaqona təqribən dörd ədəd yük avtomobilində olan meyvə yeşikləri yığılır. Gömrük bəyannaməsində malların sayının və çəkisinin vaqondakı faktiki sayı və çəkisinə uyğun olmayaraq səhv, yəni az göstərilməsinin səbəbi yeşiklərin bir neçə nəfər tərəfindən vaqona yüklənilməsi və bunun nəticəsində səhv sayılması olmuşdur. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli “Xidməti qeyd”dən və xx.xx.2022ci il tarixli qərardaddan görünür ki, xx.xx.2022-ci il tarixli, **********9687 sorğu nömrəli gömrük bəyannaməsində meyvə yüklərinin yer sayı ümumilikdə 5538, çəkisi isə 40200 kq göstərilsə də, 29082823 nömrəli vaqonda olan faktiki yükün yer sayının 5974, çəkisinin isə 44560 kq olması, yəni 436 yer çox, çəki fərqi isə 4360 kq artıq olması gömrük ödənişlərinə təsir etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda həmin Məcəllənin 482.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsi həmin Məcəllənin 482.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar