Məhkəmə qərarları › İş №3(067)-183/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-183/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-183/2023 03.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Hüseyinov Anar Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(067)-2236/2020 saylı icra sənədinə əsasən 6750 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(067)-2236/2020 saylı icra sənədinə əsasən Şəxs 07 oktyabr 2020-ci ildən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay cəmi 250 manat aliment alınaraq X2 verilməlidir. Borclu tərəfindən bu günədək aliment ödənişləri edilməmiş, ödəniş etməsi barədə heç bir sənəd yoxdur. Şəxs hazıradək 6750 manat aliment borcu yaranmışdır. Tələbkar yaranmış aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, zərərçəkmişlə boşansalar da, birlikdə yaşamışlar, onlar 2022-ci ilin oktyabr ayından ayrılmışlar. Ona görə də aliment ödəmək zərurəti yaranmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, zərərçəkmişlə boşandıqdan sonra birlikdə yaşadıqları müddət ərzində sonuncuya sadəcə köməklik etməmiş, zərərçəkmişi maddi cəhətdən təmin etmişdir. Onun hazırda alimenti ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmişin bildirdikləri və tələbi ilə razı olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər ona az-çox köməklik etmiş, ona görə də o, şikayətçi olmamış, lakin hazırda şikayətçidir. Hazırda isə o, heç yerdə işləmir, gəlir yeri yoxdur. Himayəsində əkiz olmaqla iki uşağı var. Şəxs aliment ödəmir. Həmçinin bildirmişdir ki, üç il ərzində alimenti tələb etməməsinin səbəbi borclunun ona həmin müddətdə qismən köməklik etməsi olmuşdur. O, həmin müddət ərzində borclunun ona maddi köməklik etdiyi məbləği təxminən 1000 (min) manat olduğunu hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu ödəmirsə, həbs edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(067)-2236/2020 saylı icra sənədinə əsasən Şəxs 07 oktyabr 2020-ci ildən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay cəmi 250 manat aliment alınaraq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1993-cü ildə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 03 fevral 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar