Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1834/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1975-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsi ev 97-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(067)-41/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 19 fevral 2007-ci il təvəllüdlü X4 və 28 fevral 2011-ci il təvəllüldü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində sabit məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X5 izahatında bildirdi ki, Xaçmaz rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(067)- 41/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 19 fevral 2007-ci il təvəllüdlü X4 və 28 fevral 2011-ci il təvəllüldü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində sabit məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin puldan borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs aylıq üzrə verilməli aliment borcunu tam ödəmədiyindən onun hazırda tələbkara olan qalıq borcu 1920 manat təşkil edir. Həmin qalıq qalmış borcu ilə bağlı tərəfindən borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, borclu iş üzrə çağırışlara gəlmədiyindən barəsində axtarış verilmiş və borclu həmin axtarış nəticəsinə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilərək təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xaçmaz rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(067)- 41/2013 saylı icra vərəqəsinə əsasən ondan 19 fevral 2007-ci il təvəllüdlü X4 və 28 fevral 2011-ci il təvəllüldü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində sabit məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi təmin olunmalıdır. Həmin borcu ödəyə bilməməsinə səbəb maddi cəhətdən imakanı və rəsmi iş yeri olmaması ilə əlaqədar olduğunu və buna görə 1920 manat borcunu olduğunu və həmin yaranmış borca görə hal-hazırda heç bir ödəniş edə biməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(067)-41/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 19 fevral 2007-ci il təvəllüdlü X4 və 28 fevral 2011-ci il təvəllüldü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində sabit məbləğində alimentin tutularaq ona verilməsi təmin edilməlidir. Borcunu ödənilməsi ilə bağlı icra tədbirləri görülməsi üçün o, bundan öncə də icra şöbəsinə müraciət etmiş və həmin müraciətinə əsasən borclu ona olan aliment borcundan cəmi 500 manat məbləğində ödəniş etmişdir. Hazırda borclunun ona olan aliment borcu 1920 manat təşkil edir. O, borclunun tutulmasını istəmir yalnız aliment borcunu tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 29 noyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 29 noyabr 2022-ci il tarixli, 160- 30459-1222 saylı məktubundan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin müraciətinə əsasən Şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən 780281 nömrəli axtarış işi elan olunmuş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində İlkin Sədəfov 29 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi ilə əlaqədar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 29 noyabr 2022-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1834/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1834/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver